Icma.az
close
up
RU
“Biz texnologiyaya ciddi investisiyalar qoyuruq” Kazım Babayev

“Biz texnologiyaya ciddi investisiyalar qoyuruq” Kazım Babayev

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Şokolad dünyada milyonlarla insanın sevdiyi dadlardan biridir. Azərbaycanda da şokolada olan maraq ildən-ilə artır. Mağazaların vitrinlərində fərqli ölkələrdən gətirilən məhsullar geniş çeşiddə təqdim olunur. Bəs ölkəmizdə satışa çıxarılan şokaladlar əsasən haradan idxal olunur?

“Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizə xüsusilə də Rusiya və Ukraynadan şokoladlar gətirilir:

“Hazırda ölkədə fəaliyyət göstərən əsas istehsal müəssisələrindən biri “Ulduz” şokolad zavodudur. Zavod həm ölkədaxili tələbatı yüksək səviyyədə ödəyir, həm də 20-dən çox ölkəyə, o cümlədən Səudiyyə Ərəbistanı və demək olar ki, bütün Orta Şərq ölkələrinə məhsul ixrac edir. Məhsullarımız bu bazarlarda yaxşı tanınır. Eyni zamanda, bizim əsas prinsiplərimizdən biri də keyfiyyətli məhsul istehsalıdır. Keyfiyyət zənciri xammaldan başlayır. Keyfiyyətli avadanlıq, peşəkar komanda, müasir texnologiya və keyfiyyətli marketinq - hamısı sintez təşkil edir. Bu zəncirin hər hansı bir halqasında zəiflik olsa, məhsulun ümumi keyfiyyəti zərər görə bilər. Buna görə də keyfiyyətə nəzarət sistemi çox güclüdür və istehsal prosesi, texnoloji yeniliklər daim nəzarətdə saxlanılır. Biz texnologiyaya ciddi investisiyalar qoyuruq”.

K.Babayev şokalad qiymətlərindən də danışıb.

“Xammal əsasən Rusiyadan gətirilir, amma bu bazarda qiymətlər çox tez-tez dəyişir. Məsələn, kakao tozu və şokoladın əsas tərkibi olan kakao çəyirdəyindən əmələ gəlir. Bu isə Rusiya və ətraf coğrafiyalarda yetişmir, ona görə də bu məhsullar digər ölkələrdən, o cümlədən Afrika və digər ölkələrindən ixrac olunur. Son 18 ay ərzində kakao qiymətləri ciddi şəkildə bahalaşıb, təxminən 2 000 dollardan 10 000 dollara qədər yüksəlib”.

Bəzən sual olunur ki, ucuz şokoladdan zəhərlənmə baş verə bilər?

Müsahibimiz bildirib ki, məsələ ucuz və bahalı olmaqda deyil, məsələ keyfiyyətli və keyfiyyətsiz məhsul arasındadır:

“Ucuz şokolad həmişə keyfiyyətsiz demək deyil. Burada əsas məsələ tərkibində nələrin istifadə olunmasıdır. Məsələn, xalis şokolad var, amma bəzi hallarda tərkibinə əlavə maddələr – kişmiş, püstə və s. əlavə olunur. Bu, həm dad fərqinə, həm də məhsulun qiymətinə təsir edir. Digər önəmli amil isə marka dəyəridir. Dünya miqyasında tanınan bəzi brendlərin yalnız məhsul deyil, həm də marka dəyəri satılır. Bu da qiymətlərin formalaşmasında böyük rol oynayır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 İyun 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri