Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarkovun Slobidski və Osnovyanski rayonlarına edilmiş kütləvi hücum nəticəsində yaralananların sayı 54-ə çatıb.
KONKRET.az xəbər verir ki, yenilənmiş məlumatları Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) təqdim edib.
Məlumata görə, yaralılar arasında səkkiz uşaq var, iki nəfər ölüb.
Şəhərin meri İhor Terexov bildirib ki, ümumilikdə hücumda 17 “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatı istifadə edilib, onun sözlərinə görə, zərbələr çoxmərtəbəli və fərdi yaşayış evlərinə, uşaq meydançalarına, ictimai nəqliyyata və sənaye obyektlərinə dəyib.
Zərbələr nəticəsində yaşayış mənzillərində yanğınlar baş verib, binaların damları dağılıb, avtomobillər yanıb, partlayış dalğası pəncərələri sındırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 İyun 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















