Məhkəmə eksperti olmaq üçün təhsil tələbi dəyişir
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələb ediləcək. Hər bir məhkəmə eksperti ixtisası üzrə zəruri ali təhsil istiqamətləri ayrıca siyahı ilə müəyyənləşdiriləcək.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, qanunun məhkəmə ekspertlərinə dair tələbləri müəyyən edən müddəasına dəyişiklik edilərək, ekspert olmaq istəyən şəxsin xüsusi biliklərinin müvafiq məhkəmə eksperti ixtisası üzrə olması şərti təsbit edilir.
Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu məsələ Prezidentin 2025-ci il 11 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da da əksini tapıb.
Bundan başqa, qanunun müvafiq maddəsində "məhkəmə ekspertizası ixtisası" ifadəsinin "məhkəmə eksperti ixtisası" ilə əvəzlənməsi, bununla da terminologiyanın dəqiqləşdirilməsi təklif olunur.
Dəyişikliklərin məhkəmə ekspertlərinin fəaliyyət sahələrinə uyğun ali təhsilə malik olmasını təmin etməyə, ekspert şəhadətnamələrinin verilməsində vahid meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət etdiyi bildirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















