Məhkəmə evə silahlı basqın edən şəxslərlə bağlı qərar çıxardı
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Seymur Məmmədov və Yaşar Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: 2022-ci ilin mayında Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və Yaşar Hüseynov 2022-ci ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar da aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onların barəsində ittihamedici hökm çıxarıb.
Kamal Məmmədov


