Icma.az
close
up
RU
Məhkəmə quldurluq edən keçmiş məhkumlarla bağlı qərar çıxardı

Məhkəmə quldurluq edən keçmiş məhkumlarla bağlı qərar çıxardı

Bakıda bibisi oğlunu öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

Qərara əsasən, şikayət təmin edilməyib. 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd: Hadisə ötən ilin dekabrında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, əvvəllər məhkum olunmuşlar - Abdalov Ağamoğlan Telman oğlu və Mürsəlov Taleh Elxan oğlu Koroğlu metrosunun yanında vətəndaş Gülbar Novruzova qarşı quldurluq hərəkəti ediblər.

Faktla bağlı hər iki şəxs Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (bir qrup şəxs tərəfindən quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri