Icma.az
close
up
RU
Məhkəmə gözətçini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR VERDİ

Məhkəmə gözətçini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR VERDİ

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bəhruz Rəsulovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Bəhruz Rəsulov özünü jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edərək zərərçəkmişlərdən pul alıb, həmçinin rüsvayedici məlumatlar yaymaq hədəsi ilə şantaj edib.

Məlumata görə, cinayətlər 2016-2023-cü illər aralığında Gəncə, Şəki, Göygöl və digər rayonlarda baş verib.

Təqsirləndirilən şəxs 2017-ci ilin avqustunda zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) haqqında rüsvayedici məlumatlar (şəhid ailəsini aldadıb pul almaq) yaymaq hədəsi ilə 300 manat tələb edib və alıb. Daha sonra 2016-2023-cü illərdə "Gəzər-xəbər" “TikTok” və “YouTube” kanallarında şantaj materialları ilə aylıq orta hesabla 40 manat olmaqla ümumilikdə 3320 manat alıb.

2022-ci ilin mart-aprel aylarında Şəki şəhərində zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) oğlunu Daxili İşlər Nazirliyində xidmətə qəbul etdirmək vədi ilə 600 manat alıb. 2022-ci ilin noyabrından 2023-cü ilin martınadək pensiyanın bərpası və müddətsiz edilməsi vədi ilə 1900 manat alıb.

Bəhruz Rəsulov 2023-cü ilin aprelində Göygöl rayon Mərkəzi Xəstəxanasında gözətçisi işləyən zərərçəkmiş A.A.-nın (adı, soyadı şərtidir) yatmış vəziyyətdə videosunu çəkib, "Gəzər-xəbər" kanalında yayımlamaq hədəsi ilə ondan 300 manat alıb. May-iyun aylarında oğlunu hərbi xidmətdən tərxis etdirmək və təqaüd təyin etdirmək vədi ilə 3700 manat alıb.

İyunda oğlunu həbsdən azad etdirmək vədi ilə 1200 manat alıb. 2023-cü ilin iyulunda "Sevimli Market"də şokoladdan qurd çıxması barədə yalan məlumat yayıb, silinməsi qarşılığında 100 manat alıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və öz ifadəsində bildirib ki, pul köçürmələri dostlarından gəlib, bəzi hallarda isə zərərçəkmişlərə köməklik göstərmək məqsədi ilə hərəkət edib. O, şantaj və dələduzluq ittihamlarını rədd edərək, hadisələrin polis tərəfindən qurulduğunu iddia edib. Lakin məhkəmə istintaq materiallarını, şahid ifadələrini və sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

Bəhruz Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./pravda.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:20
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri