Icma.az
close
up
RU
“Reket jurnalist”lə bağlı qərar verildi KONKRET

“Reket jurnalist”lə bağlı qərar verildi KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bəhruz Rəsulovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Bəhruz Rəsulov özünü jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edərək zərərçəkmişlərdən pul alıb, həmçinin rüsvayedici məlumatlar yaymaq hədəsi ilə şantaj edib.

Məlumata görə, cinayətlər 2016-2023-cü illər aralığında Gəncə, Şəki, Göygöl və digər rayonlarda baş verib.

Təqsirləndirilən şəxs 2017-ci ilin avqustunda zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) haqqında rüsvayedici məlumatlar (şəhid ailəsini aldadıb pul almaq) yaymaq hədəsi ilə 300 manat tələb edib və alıb. Daha sonra 2016-2023-cü illərdə “Gəzər-xəbər” “TikTok” və “YouTube” kanallarında şantaj materialları ilə aylıq orta hesabla 40 manat olmaqla ümumilikdə 3320 manat alıb.

2022-ci ilin mart-aprel aylarında Şəki şəhərində zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) oğlunu Daxili İşlər Nazirliyində xidmətə qəbul etdirmək vədi ilə 600 manat alıb. 2022-ci ilin noyabrından 2023-cü ilin martınadək pensiyanın bərpası və müddətsiz edilməsi vədi ilə 1900 manat alıb.

Bəhruz Rəsulov 2023-cü ilin aprelində Göygöl rayon Mərkəzi Xəstəxanasında gözətçisi işləyən zərərçəkmiş A.A.-nın (adı, soyadı şərtidir) yatmış vəziyyətdə videosunu çəkib, “Gəzər-xəbər” kanalında yayımlamaq hədəsi ilə ondan 300 manat alıb. May-iyun aylarında oğlunu hərbi xidmətdən tərxis etdirmək və təqaüd təyin etdirmək vədi ilə 3700 manat alıb.

İyunda oğlunu həbsdən azad etdirmək vədi ilə 1200 manat alıb. 2023-cü ilin iyulunda “Sevimli Market”də şokoladdan qurd çıxması barədə yalan məlumat yayıb, silinməsi qarşılığında 100 manat alıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və öz ifadəsində bildirib ki, pul köçürmələri dostlarından gəlib, bəzi hallarda isə zərərçəkmişlərə köməklik göstərmək məqsədi ilə hərəkət edib. O, şantaj və dələduzluq ittihamlarını rədd edərək, hadisələrin polis tərəfindən qurulduğunu iddia edib. Lakin məhkəmə istintaq materiallarını, şahid ifadələrini və sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

Bəhruz Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

(pravda.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri