Məhkəmə Harri Maquayr barəsində hökm çıxardı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ciddi təhlükə törətməyən bədən xəsarətləri yetirməkdə təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykob "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məhkəmə futbolçunu 15 ay müddətinə şərti azadlıqdan məhrum edib. Bu qərar onun 2020-ci ildə ailəvi istirahət zamanı Yunanıstanda baş vermiş davada ehtimal olunan iştirakının nəticəsidir. Hadisə Mikonos adasında baş verib. Orada Maquayr və dostları yerli barların birində digər ingilislərlə dava salıblar.
Polis gəldikdən sonra müdafiəçinin də daxil olduğu qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Bu hadisə nəticəsində futbolçu və onun iki dostu saxlanılaraq polis məntəqəsinə aparılıb.
Baxış sayı:195
Bu xəbər 05 Mart 2026 06:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















