Icma.az
close
up
RU
Məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz

Məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali Məhkəmə təqsirsizilik prezumpsiyası hüququnun pozulmasının mülki məsuliyyəti barədə mövqe bildirib.

Məhkəmədən Modern.az-a verilən məlumata görə, Ali Məhkəmə ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühüm məqamları “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Plenum qərarında açıqlayıb.

Bildirilib ki, təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir: "Bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir. Təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsi üzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq, prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına, şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır. Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir".

Qeyd olunub ki, Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyasının pozulması 2 halın eyni anda mövcudluğu ilə şərtləndirilir: "Şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinin törədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılması. Məsələn. Mediada “A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluq edərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır.” və ya “A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədi ilə ondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiya cinayətini törətmişdir.” məzmunda məqalənin dərc edilməsi, “A” adlı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmü yoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur".

Ali Məhkəmə hesab edir ki, təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də bu hüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası tələblərini irəli sürə bilər: "Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən, onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər) təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.); digər üsullar. (məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulu).

Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanan tələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedici hökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradan qalxmır. Çünki, cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqedici ifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuni qüvvəyə minmiş hökm mövcud olmayıb. Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri