Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Mayın 14-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan Gununseis.info-ya verilən xəbərə görə, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə fəxri fərmanla təltif ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















