Icma.az
close
up
RU
Məhkəmə qərar verdi: Aynur Bayramova ev dustaqlığına buraxılmadı, tanınmış həkimlər dindiriləcək TALASSEMİYA İŞİ

Məhkəmə qərar verdi: Aynur Bayramova ev dustaqlığına buraxılmadı, tanınmış həkimlər dindiriləcək TALASSEMİYA İŞİ

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramova vəsatətlə çıxış edib.

O bildirib ki, səhhəti ilə bağlı əməliyyat olunacaq. Təqsirləndirilən şəxs bu səbəbdən barəsində seçilm həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxsin hansı xəstəlikdən əziyyət çəkməsi nəzərə çatdırılıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması gələcəkdə zərərçəkmişlərlə barışmaq üçün də əsas ola bilər: "Müdafiə etdiyim şəxs ev dustaqlığında olan zaman istintaqdan yayınması, zərərçəkmiş və şahidlərə təzyiq göstərməsi halı müəyyən edilməyib. Hazırkı mərhələdə də sübutlar saxtalaşdırılmır. Onun barəsindınmhıbs qətimkan tədbirin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyirik".

Aynur Bayramovanln digər vəkili bildirib ki, həm müdafiə etdiyi şəxsin özü, həm də evdə olan ağır xəstə olan yaxın adamı var: "Zərərçəkmiş şəxslərə də bunu izah etmək olar. Çünki onlar da başa düşər. Xahiş edərik ki, müəyyən müddətə onun barəsində qətimkan tədbirini dəyişdirin, onun səhhəti ilə bağlı məsələ həll olunan. Sonra yenə də tədbir görərsiz".

Aynur Bayramovanın barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə digər təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidova etiraz etməyiblər.

Zərərçəkmiş Mənsur Qarayev və digər zərərçəkmişlər məsələni məhkəmənin ixtiyarına verdiklərini deyiblər.

Dövlət ittihamçısı Fariz Rzayev də məsələni məhkəmənin mülahizəsinə buraxdıqları deyiblər.

Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər. Qərara görə, Aynur Bayramovanın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsi barədə vəsatət təmin edilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin müalicəsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmayıb.

Daha sonra zərərçəkmiş Ramin mülki iddia qaldırıb. O, 15 min dolların Nuridə Seyidova və Aysel Məmmədovadan tutulması barədə qərar qəbul edilməsini istəyib. Məhkəmə mülki iddianı icraata qəbul edib.

Daha sonra şahid qismində ifadə verən Zaur Qədirov ifadə verib. O, təqsirləndirilən Aynur Bayramovanln tanıyır. Onun sözlər görə, zərərçəkmiş yeznəsi Elnur Nuriyev və bacısı ilə birlikdə Aynur Bayramovanln yanında olub: "Bacımın uşağı xəstə idi, əməliyyat olunmalı idi. Biz birlikdə Aynur Bayramova ilə görüşdük.

Qeyd edək ki, Elnur Nuriyev övladının əməliyyat olunması üçün Aynur Bayramovayan12 min dollar verib.

Aynur Bayramova isə bildirib ki, pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Amma ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, pulu Aynur Bayramovaya veriblər, o da həmin pulu Nuridə Seyidovaya çatdırıb.

Elnur Nuriyeva isə bildirib ki, pulu stolun üstünə qoyublar, hər ikisi Nuridə Seyidova və Aynur Bayramova sayaraq götürüblər.

Daha sonra şahid qismində ifadə verən Ruslan Hacıyev bildirib ki, təqsirləndirilən Aynur Bayramovanı tanıyıb. Onun sözlərinə görə, övladı Talassemiya xəstəsidir: "Bacım dedi ki, gedək Aynur Bayramova ilə söhbıt edək. Mən də onunla getdim. Aynur dedi ki, 17 min dollar verin, uşaq əməliyyat olunsun. Biz də 10 min dollar verdik. Pulun verilməsində iştirak etməmişəm ".

Aynur Bayramova bildirib ki, Nuridə Seyidova ilə görüşüblər, pulu da ona veriblər.

Daha sonra hazırda ölkədə olmayan digər zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələri elan olunub.

Onlardan biri bildirib ki, onun övladı xəstə olduğu zaman ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib və onun üçün pul yığılmağa başlanılıb. Müəyyən qədər məbləğ yığıldıqdan sonra Aynur Bayramova verilişə zəng edərək puldan qalan 60 min dollar dəyərindəki qismini ödəyəcəyini söyləyib. Daha sonra onlar zərərçəkənlə danışıb. Lakin, Aynur və Nuridə zərərçəkəndən 20 min dollar alıb başqa xəstənin adına köçürüblər.

Daha sonra Aysel Bayramova şahid qismində Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi və Tarıyel Ömərovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Aynur Bayramova isə Talassemiya Mərkəzini baş həkimi Xuraman Cəfərova və mərkəzin o vaxtkı sabiq baş direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi üçün vəsatət verib.

Məhkəmə hər iki vəsatəti təmin edib. Növbəti iclasda həmin şəxslərin dindirilməsi üçün onlara bildiriş göndəriləcəyi deyilib.

Növbəti proses aprelin 16-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını

Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri