Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 noyabr, AZƏRTAC
Məhkəmə qərarları ilə müsadirə olunan narkotik vasitələr məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılan, müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının məhv edilməsi üzrə Bakı şəhəri Xətai rayon komissiyası tərəfindən ümumilikdə 193 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib. Eyni zamanda, videoçəkiliş aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.
Baxış sayı:89
Bu xəbər 29 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















