Icma.az
close
up
RU
Deputat: Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir

Deputat: Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmə sülh prosesini pozmaq niyyətidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yeni siyasi reallıq yaradıb: “Bu siyasi reallıq beynəlxalq hüquqa əsaslanır və Cənubi Qafqazın sərhədlərini aşan regionlar üçün də yeni əməkdaşlıq imkanları təklif edir. Avropa İttifaqı kimi bir təsisatın münaqişə dönəmindəki narrativlərindən əl çəkməməsi, qərəzli davranışı qəbuledilməzdir. Avropa İttifaqı yeni siyasi reallıqlara uyğun əməkdaşlıqda yer almaq və malik olduğu resurslarla sülh gündəliyini dəstəkləmək əvəzinə köhnə narrativləri yeni siyasi reallıqlara adaptasiya edir və həmin səhv narrativlər üzərindən Ermənistana dəstək verir”.
Avropa İttifaqının Ermənistanla imzaladığı “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədə diqqət çəkən Rizvan Nəbiyev qeyd edib ki, Brüssel açıq formada bu ölkədə insan haqlarının pozulmasına göz yumur, din xadimləri və müxalifət nümayəndələrinin elə cari il ərzində baş verən həbslərinə qarşı heç bir bəyanat verilməyib, bununla əlaqədar heç bir dinləmə təşkil olunmayıb: “Əksinə, Ermənistan hökumətinə davamlı dəstək ifadə olunur. Hətta Azərbaycana qarşı Ermənistan tərəfindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı marionet rejim tərəfindən törədilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərinə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini görürük? Bu şəxslərin azad olunmasını öz prioriteti elan etməsi Avropa İttifaqının dəyərləri, insan hüquqlarını siyasi məqsədlər üçün alətinə çevirmək cəhdi deyilmi? Onlardan biri, Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan olan Ruben Vardanyanın “müharibə əsiri” kimi təqdim edilməsi və azad edilməsinin tələb olunması insan hüquqlarına həqarət deyilmi?
Bu günlərdə “Avropa Sülhü Fondu” adlandırılan mexanizm vasitəsi ilə Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə 20 milyon avro ayrılacağı bəyan edildi. Ermənistanın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq etdiyi sanksiyalardan yayınmasına göz yumulur, məhz Ermənistan sanksiya altına düşən Avropa mallarının Rusiyaya daşınmasında vacib bir funksiyanı icra edir. Avropa İttifaqı isə Azərbaycanın 5 gəmisinə sanksiya tətbiq edir. Və yaxud islamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində yenə də Azərbaycanla bağlı hansısa bir dinləmə planlaşdırılır. Bu dinləmə əslində Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq birliyin də təqdir etdiyi sülh gündəliyinə müdaxilə etmək və Azərbaycanla Ermənistan arasında irəlilədilən sülh prosesini pozmaq niyyəti deyilmi? Əgər belə olmasaydı, regionun iqtisadi, ticari və nəqliyyat-loqistika sahəsində inkişafının və Zəngəzur dəhlizinin/TRİPP marşrutunun dəstəklənməsinə şahid ola bilərdik. Tam əksinə, Brüsselin Ermənistanla imzaladığı “Strateji gündəlik” regionun reallıqlarını təhrif edir, sülhə xidmət etməyən məsələlərə dəstək verilməsini prioritetləşdirir. ABŞ-ın noyabr ayında qəbul etdiyi Milli Təhlükəsizlik Strategiyasında göstərildiyi kimi, Avropa İttifaqı “dəyərlərin tənəzzülü” prosesində boğulur. Bu təsisat isə ikili standartlardan əl çəkmir, Azərbaycana qarşı sistemli və qərəzli siyasət yürütməkdə davam edir. Bu isə təbii ki, Brüssel-Bakı münasibətlərinə zərbə vurur”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qeyd edib ki, təkcə Cənubi Qafqaz deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu coğrafi-siyasi mövqe, eləcə də yaratdığı infrastruktur və resurslar həlledicidir: “Bütün bunları nəzərə almamaq və regionda köhnə narrativlərin modifikasiya olunmuş formaları ilə təzyiq göstərmək uğur gətirməyəcək. Belə ki, Azərbaycan milli maraqlarını ön planda saxlayan, balanslaşdırılmış və beynəlxalq uyğun prinsiplərinə əsaslanan və sülhə xidmət edən siyasət yürüdür. Biz Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsinin həllində əsaslandığı, təmin edilməsində təkid etdiyi beynəlxalq hüququn prinsiplərinə Ermənistan-Azərbaycan normallaşma prosesində fərqli, qərəzli mövqe görürük. Bu ikili standartı necə başa düşmək olar? Avropa İttifaqının xarici siyasəti əsasən aparıcı üzv dövlətlərin paytaxtlarında formalaşdırılır. Yoxsa Paris və Brüssel Vaşinqtonun da qoşulduğu və dəstəklədiyi normallaşma prosesinə gizli, alternativ gündəm hazırlayır?
Bütün bunlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu prosesləri, həm də dəyərlərlə bağlı nə qədər qərəzli və riyakar siyasət yürütdüyünü göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Dekabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri