Məhkəmə qız üstündə tanışını bıçaqlayan şəxsin cəzasını azaltdı
Pravd.az-dan alınan məlumata görə, Icma.az xəbər verir Məhkəmə qız üstündə tanışını bıçaqlayan şəxsin cəzasını azaltdı.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin apellyasiya şikayəti isə qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun 3 il 1 ay 8 gün müddətə azadlıqdan məhrumetmə cəzası 2 il 1 ay 8 günə endirilib.
İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Nar bağları” adlanan ərazidə qeydə alınıb.
Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza “TikTok”da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol çubuğu ilə ona qəsdən bir neçə dəfə zərbə vuraraq. Sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçaqla ona qəsdən bir neçə dəfə zərbə endirib.
Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)