Icma.az
close
up
RU
Qız üstündə tanışını bıçaqlayan şəxs yenidən məhkəmə qarşısında

Qız üstündə tanışını bıçaqlayan şəxs yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Nar bağları” adlanan ərazidə qeydə alınıb.
 

Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza “TikTok”da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol çubuğu ilə ona qəsdən bir neçə dəfə zərbə vuraraq. Sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçaqla ona qəsdən bir neçə dəfə zərbə endirib.
 

Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

seeBaxış sayı:93
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri