Icma.az
close
up
RU
Kürən, sarışın, yoxsa qaraşın? Həkim xərçəngə ən çox meyilli olanların kimlər olduğunu açıqladı

Kürən, sarışın, yoxsa qaraşın? Həkim xərçəngə ən çox meyilli olanların kimlər olduğunu açıqladı

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Dəri xərçənginin ən təhlükəli forması olan melanoma riski kürən saçlı insanlarda qaraşınlarla müqayisədə təxminən dörd dəfə, sarışınlarda isə 1.5 dəfə yüksəkdir. Bu, həm genetik meyillə, həm də dərinin fototipi ilə bağlıdır".

Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib.

Onun sözlərinə görə, melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir.

"Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilər" , - deyə o bildirib.

Həkimin sözlərinə görə, uğurlu əməliyyatdan sonra belə, bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər.

Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından sui-istifadə edənlər və tez-tez solyariyə gedənlər arasında daha çox yayılıb.

"UV şüaları (həm UVA, həm də UVB) dəridə immun hüceyrələrin fəaliyyətini zəiflədir, bu da xərçəng riskini artırır" , - deyə o əlavə edib.

Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində əsas faktordur:

"Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3.5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5-9 ay təşkil edir" , - deyə o izah edib.

Bu səbəbdən, həkim 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçməyi tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri