Məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın Konstitusiya Şurası parlamentin iyul ayında qəbul etdiyi və 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini bloklayıb.
Moderator.az RBC-yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
"Şura qərara alır ki, mübahisələndirilən müddəalar, bir tərəfdən, fikir ifadə etmək və ünsiyyət azadlığına qeyri-mütənasib zərər vurur, digər tərəfdən isə şəxsi həyata hörmət hüququnun təmin edilməsi üçün zəruri hüquqi təminatları nəzərdə tutmur", - deyə qərarda bildirilib.
Qeyd edək ki, təşəbbüsü Fransa Prezidenti Emmanuel Makron dəstəkləyirdi. O, yeniyetmələr arasında tənhalıq və zorakılığın artmasını, eləcə də onların koqnitiv inkişafına təsirləri qadağanın səbəbləri kimi göstərirdi.
Fransa lideri, həmçinin ABŞ platformalarını və Çin alqoritmlərini gənclərin emosiyalarından gəlir əldə etməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Avqust 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















