Şöbə müdiri: Pestisid istifadəsi normadan artıq olmamalıdır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Son dövrlərdə məhsullarda pestisid qalıqlarının aşkarlanması halları artmağa başlayıb ki, bu da ixrac olunan məhsulun geri qaytarılmasına və məhv edilməsinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransın panel müzakirəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Elmar Allahverdiyev deyib.
“Narın ixrac potensialı böyükdür. Lakin pestisid qalıqlarının aşkarlanması tendensiyası davam edərsə, nar ixracına qarşı ölkələr məhdudiyyətlər tətbiq edə bilər. İlk növbədə Rusiya və Moldovadan söhbət gedir. Belə hallarda məhsulların bir çoxu idxalçı ölkədə məhv edilir və yaxud geri qaytarılır. Geri qaytarılan məhsullar isə ölkəmizdə də məhv edilməyə cəlb olunur. Bununla əlaqədar aqronomlardan xüsusilə xahiş etmək istəyirəm ki, pestisidlərdən istifadə zamanı, xüsusən də onların tətbiqi qaydalarına və tələblərinə ciddi əməl etsinlər", - deyə şöbə müdiri qeyd edib.
“Agentlik 3 mindən çox ixracatçı müəssisədə monitorinq aparıb. Bu çərçivədə həm pestisid qalıqları, həm də bitki sağlamlığı ilə bağlı yoxlamalar həyata keçirilib və məhsullar laboratoriya analizlərinə cəlb olunub. Müşahidələr göstərir ki, bir sıra təsərrüfatlarda ixracatçı ölkələrin tələblərinə uyğun məhsul istehsalının həcmi artan xətt üzrə davam edir. Bununla belə, xüsusilə kiçik və orta təsərrüfatlarda müəyyən problemlər hələ də var. Bu problemlərin aradan qaldırılması əhəmiyyətli işdir. Problemlərin aradan qaldırılması ixrac potensialını daha da artırar”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















