Icma.az
close
up
RU
Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konstitusiya məcburi, məhkəmələr yolverilməz, mümkünsüz sayır

Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində təsbit olunub: “ Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur”.

Bu,  dövlətin ANA QANUNUNUN tələbidir, bəs bu tələbə necə əməl edilir? Nə yazıq, acı gerçəklik budur ki, məhkəmə qərarlarının icrasına elə məhkəmə qərarlarını qəbul edən məhkəmələr özləri qadağa qoyurlar. Konstitusiyaya sayğısızlığa baxın, inzibati məhkəmələr tələbkarın borclunu icraya məcbur etməyə dair ərizələrini mümkünsüz , ümumi məhkəmələr yolverilməz sayır. Belədə hansı Konstitusiyadan, hansı məhkəmə təminatı hüququndan danışmaq olar?

Faktları vurğulamasaq,  şişirtmədə, obyektiv, qərəzsiz olmamaqda suçlana bilərik. Bakı İnzibati Məhkəməsinin varisi olduğu 1BİİM-in  05.07.2017-ci il tarixli qərarının icrasını borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) 01.04.2023-cü ildən özbaşına ləğv edib (?), 26 aydır tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına məhkəmə qərarı ilə ayrılan 110 manatın ödənişini dayandırıb. Tələbkar Qarabağ qazisinin ali dövlət hakimiyyəti, hüquq, ədliyyə orqanlarına, Ombudsmana 2 illik (?!) şikayətlərisonucverməyib, hamı yaxasını kənara çəkib. Konstitusiya Məhkəməsi isə yalnız Ali Məhkəmənin aktlarından şikayətlərə baxmaq səlahiyyətinin olduğunu bildirib. Yeri gəlmişkən, “Konstitusiya Məhkəməsi haqqında” qanuna vətəndaşların icra olunmayan məhkəmə qərarlarından birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu təsbit edən bənd salınması bu sahədəki özbaşınalığa son qoya bilər. Onu da vurğulayaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə qərarlarının icra olunmamasından şikayətlərə müddət tətbiq etmir və icradan imtinanı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir.

Mövzudan uzaqlaşmayaq, tələbkar Qarabağ qazisi Bakı İnzibati Məhkəməsində borclu XŞTMF-nin məhkəmə qərarının icrasına məcbur edilməsi və dəyən ziyanın kompensasiya edilməsi tələbi ilə iddia qaldıranda, hakim Aygün Əhədova iddianı mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir. Qərardaddan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü ildən bəri- iki ildir qaziyə hüquqi yardımdan imtina edən, şikayətləri it-bata salan, məhkəmə tərkibinə etirazlarına baxmayan Pərviz Hüseynov, Şərafət Məmmədovanın tərkibində olduqları üçlüyə verilib. Təbii ki, Qarabağ qazisi bu iki hakimə etirazını elektron kabinetdən təqdim edib. Özəlliklə, h. Şərafət Məmmədovanın 9 ildir özünün çıxardığı qərarın icrasına  qeyri-prosessual  qadağa qoyması, 10 ildir apellyasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmaması ona etirazı daha da əsaslı edir. Di gəl, kimdir etiraza baxan? Qərəz hakimlərinin baxdığı yalnız qeyri-prosessual sifarişlərdir. Beləcə aşağı instansiyanın iddianın mümkün sayılmaması haqqında qərardadı qüvvədə saxlanılıb. Pərviz Hüseynov, Şərafət Məmmədova və Ceyhun Məmmədov üçlüyü 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasından da imtina edib ki, bu imtina Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlığıdır (?), tərəflərin hüquq bərabərliyinə, dövlət büdcəsinin çökməsinin qarşısının alınmasına görədir. (??). Özbaşınalığı təsəvvür edə bilirsiniz? 1-ci dərəcəli qazi-tələbkarın məhkəmə müdafiəsi, hüquqi yardım hüququna da qadağa qoyulub, kassasiya hüququna da! Konstitusiya Məhkəməsi də deyir ki, “get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!”

Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın mümkünsüzlük aktında göstərdiyi “icra icraatı qaydasında ərizə vermək” yardımına əməl edən qazi tələbkar kimi borclu XŞTMF-nin 8 il qabaqkı 05.07.2017-ci tarixli qərarın icrasına məcbur edilməsinə ərizə verib. Bu yol ərizə hakim Aygün Abdullayevaya verilib. Bu hakimin Şərafət Məmmədovanın 20.06.2016-cı il tarixli qərarının icrasına qoyduğu qadağanı 6 ildir sürdürməsi ona etiraza əsas verib. Di gəl, yenə də nə etiraza baxılıb, nə hüquqi yardım edilib, nə dövlət hesabına vəkil ayrılıb, nə də videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı, dinlənilmə hüququ təmin edilib. Aygün Abdullayeva qərəzlə, sifarişlə tələbkarın borcluya qarşı icranın təmin olunmasına ərizəsinə mümkünlük iclası (?) təyin edib və mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir.(?) Özbaşınalığı təsəvvür edirsiniz? Tələbkar elə ərizə verib də  və tərəflər elektron sistemdə tələbkar-borclu kimi qeydə alınıb. Məhkəmə açıq-aşkar dövlətin adından çıxardığı məhkəmə qərarının icrasını MÜMKÜN SAYMIR!

Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli Qərarının 22-ci bəndində təsbit olunub ki, hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq TƏLƏBKARIN ƏRİZƏSİNƏ əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır. Hakim Aygün Abdullayeva isə İCRANIN MÜMKÜN SAYILMAMASI haqqında QƏRARDAD çıxarıb. İcranın təmin edilməsinin məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə Plenumunun 22-ci bəndində o da yazılıb ki, məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də MƏHKƏMƏ QƏRARLARI İCRASIZ QALDIQDA MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN XƏYALİ XARAKTER qazanacağı nəzərə alınmaqla,  TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ BELƏ  HAKİM MÜTLƏQ ağlabatan müddətlərdə XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD ÇIXARILMASI MƏSƏLƏSİNİ HƏLL ETMƏLİDİR. Bakı inzibati Məhkəməsinin hakimlərinin isə özlərinin “MÜMKÜNSÜZLÜK TƏCRÜBƏSİ VAHİDLİYİ” qüvvədədir.

Mülki icraatda çıxarılan qətnamələrin, qərarların icrasını isə məhkəmələr yolverilməz sayır. (?) Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli və 21.06.2011-ci il tarixli 2 qətnaməsi 16 ildir nəinki icra olunur, heç tələbkarın ərizələrinə belə baxılıb, icraya belə yönəldilmir. Xətai məhkəməsinin hakimi Pərviz Zamanlı ərizəni geri qaytarıb ki, tələblər bir-birilə əlaqəli deyil, Bakı AM-in MK-sı (sədrlik edən Namiq Cəfərov) daha “dərinə gedib”, qərardadı ləğv edib ki, geriqaytarma qərardadından nöqsanı düzəldib, yenidən ərizə verilə bilər, ona görə də ərizə yolverilməzliyinə görə rədd edilməlidir. (?) Konstitusiyaya sayğısızlığa baxın, dövlətin adından çıxarılan , 16 ildir icra olunmayan 2 qətnamənin icrası YOLVERİLMƏZ SAYILIR.

Konstitusiya məhkəmə qərarlarının icrasının məcburiliyini təsbit edir, məhkəmə(lər) mümkünsüzlüyünü, yolverilməzliyini aktlaşdırır. Tələbkar(lar) da qalıb hüquqsuz, xəyallar, nağıllar aləmində. Hələ icranı tələb etdiyinə görə işgəncəyə uğradılma faktları da var...

M. AĞSU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 May 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri