Icma.az
close
up
RU
Məhkəmədə səhhəti ilə bağlı ölkədən çıxmalı olduğunu açıqladı

Məhkəmədə səhhəti ilə bağlı ölkədən çıxmalı olduğunu açıqladı

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, bu gün keçirilən məhkəmə iclasında tərəflər arasında mübahisəli məsələlər müzakirə olunub və bir sıra qaranlıq məqamlara aydınlıq gətirilib.

Yekun olaraq tərəflər arasında hər hansı barışıq əldə edilmədiyi bildirilib.

Prosesin davamında iş üzrə zərərçəkmiş şəxs – Zaxarenkov Valeriy Nikolayeviç tərəfindən qaldırılmış mülki iddialardan söz açılıb. O, Kuçer Konstantin Antonoviçdən 6 milyon 500 min manat məbləğində maddi ziyan, həmçinin Oleq Bakinski ilə ikisindən ümumilikdə 50 min manat mənəvi təzminat tələb edir.

Dövlət ittihamçısı Tural Yaqubov deyib ki, mülki iddia ilə bağlı bəzi suallar ortaya çıxıb və bu məsələ Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsində də əlavə araşdırma zərurəti yaradıb: “Bu gün istintaq bitsə, bizim tərəfdən əlavə suallar yarana bilər. Belə olan halda istintaq yenilənməlidir. Ən yaxşısı proses istintaq bitmədən təxirə salınsın”.

Bu səbəbdən istintaqın bu gün başa çatdırılması məqsədəuyğun sayılmayıb.

Ev dustaqlığında olan Oleq Bakinski isə məhkəmə araşdırmasının tez yekunlaşmasında maraqlı olduğunu bildirib. O, səhhəti ilə əlaqədar ölkədən çıxmağa ehtiyac yarandığını və bu halı nəzərə alaraq növbəti iclasın yaxın tarixə təyin edilməsini istəyib.

Məhkəmə hələlik növbəti iclasın vaxtını elan etməyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetiriblər. Kuçer Konstantin, həmçinin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində ittiham olunur.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri