Icma.az
close
up
RU
“Məhkəməsiz eviniz əlinizdən alınır notariusun icra qeydi borclular üçün yeni tələyə çevrilib!” Bu yazını mütləq oxuyun!

“Məhkəməsiz eviniz əlinizdən alınır notariusun icra qeydi borclular üçün yeni tələyə çevrilib!” Bu yazını mütləq oxuyun!

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Banklar və kredit təşkilatları bu boşluqdan məharətlə istifadə edərək, borclunun evinə, avtomobilinə və ya torpağına məhkəmənin qərarı olmadan tutma yönəldirlər. Mülkiyyət bir imza ilə əl dəyişir, borclu isə sonradan başa düşür ki, artıq çox gecdir. Maraqlısı odur ki, bu proses Konstitusiyanın mülkiyyət hüququna və ədalətli məhkəmə təminatına zidd olduğu halda, icra orqanları və məhkəmələr çox vaxt sadəcə baxıb susurlar.

Nəticədə vətəndaş hüquqsuz, dövlət isə bank lobbilərinin oyuncağına çevrilir.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, qanundakı mürtəce dəyişiklik haqda tanınmış vəkil Əkrəm Həsənov açıqlama yayıb.

Vəkil notariusun icra qeydinin borclular üçün böyük təhülkə yaratdığını və bunun Konstitusiyaya zidd olmasını diqqətə çatdırıb:

"Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər.

Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil".

Vəkil vurğulayıb ki, notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır: "Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir.

Belə işlərin sayı artmaqdadır. Məsələn, bank təxmini 30 min manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10 min manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır".

Ekspert Əkrəm Həsənov yaranmış vəziyyətin qanunsuz olduğunu diqqətə çatdırıb:

“İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm.
Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see222

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see171

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see131

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see129

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see127

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri