Icma.az
close
up
RU
Mehman Allahverdiyev: Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar

Mehman Allahverdiyev: Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol veteranı, "Kəpəz"in sabiq baş məşqçisi və idman direktoru Mehman Allahverdiyev apasport.az saytına müsahib.

- “Kəpəz”in bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz? Komanda böyük ehtimalla Premyer Liqada qalacaq...
- Komandada sponsor yox idi, bircə AFFA-nın ayırdığı pulla hərəkət edirdilər. Buna görə onları başa düşmək olar. Amma 9-cu pillə “Kəpəz”in adına yaraşan yer deyil. “Kəpəz” həmişə “Kəpəz” olub. Lakin düzünü desəm, komanda pis oynamır. İstənilən halda, “Kəpəz” gərək zirvələrdə olsun.

- Kluba yeni sponsorların gəldiyini də nəzərə alsaq, artıq komandanın yeni sezondan iddialıllar sırasında olacağını  demək olar? 
- Üç ildir komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Sponsor məsələsinə gəlincə, neçə aydır deyirlər ki, bu gün-sabah gəlir. Amma ortalıqda həqiqəti əks etdirən heç nə yoxdur. Komandanın iddialılar sırasında olması üçün sponsorun kluba nə qədər pul ayırmasından söhbət gedir. Məsələn, ola bilər ki, 500 manat ayırsın, ola bilər ki, 4 milyon... “Səbail”də vəziyyət yaxşı olsaydı, “Kəpəz” çox çətinlik çəkərdi. Biz gəncəlilər hamımız sevinməliyik ki, rəqiblərimiz yaxşı durumda deyildi. Əvvəlki illər “Kəpəz” üçün çətin olmuşdu. İndi də “Səbail” çata bilər, amma böyük ölçüdə “Kəpəz” məsələni həll edib. 

- “Kəpəz” yeni mövsümdən yeni stadionda rəqiblərini qəbul edəcək. Bu məqam klubun iddiasını artırmayacaq?
- Stadion var, akademiya inşa edilib. Hər şey yüksək səviyyədə olacaq. Amma əsas komandanın da durumu yüksək səviyyədə olmaldır. Gəncə azarkeşlərinin necə olduğunu bilirsiz. Komanda zəif çıxış etsə belə, stadionun 2/3 hissəsi dolacaq. Amma bu dəqiqə heç kim deyə bilməz ki, vəziyyət necə olacaq. Sadəcə mənə çox maraqlıdır, deyirlər sponsor gəlir, indi gəlir.. Yeni sponsor gəlibsə, bunun açıqlanmamasının səbəbi nədir?
Niyə belə gizli saxlanılır? Niyə belə etdiklərini anlamıram. Deyəndə, nə olur ki? Sponsorun da olmağının bir şeyi yaxşıdır ki, komandada ruh yüksəkliyi baş verir. Bunu gizlətməyin nə adı var? Demirlər deyə, adam da qalır belə, inanmırsan.

- “Kəpəz”ə Mirça Rednikin rəhbərlik edəcəyi gözlənilir. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Gəncə təmsilçisinə uğur qazandıra bilər, yoxsa yerli mütəxəssis daha yaxşı seçim olardı?
- Mən üstünlüyü yerli məşqçiyə verərdim. Öz məşqçilərimizə nə olubki? O qədər pro kateroqiyaları məşqçilərimiz var. Xarici məşqçi niyə olsun? Elə yığma komandamızı götürək. Tutaq ki, “Kəpəz”ə baş məşqçi kimi Mirça Rednik yox e, Joze Mourinyo gəldi. Maliyyə dəstəyi güclü olmasa, nə edəcək? Üstəlik, heç yaxşı maliyyə olmasa, Mirça Rednik gəlməz də. Fernandu Santuş milliyə gəlib. Nəticə də verə bilmir. Yaxşı, bu bizim futbolçuların axırı necə olacaq?

- Yəqin ki, yeni mövsümdən Premyer Liqada legioner limitinin tətbiq olunmamasına işarə vurursuz? Sizcə, bu qərara baxmayaraq, yerlilərə şans verən klublar tapılacaq, yoxsa hamı legioner cəlb edəcək?
- Kimin maliyyəsi güclü olacaq legionerlərə üstünlük verəcək. Amma maliyyəsi zəif olan klublar yerli futbolçularımıza şans verəcəklər. Verilən bu qərara görə bir az pis oldum. Nəyə görə? Yerlilərimizi, millimizi fikirləşirəm. Millidə kimlər oynayacaq? Legionerləri milliləşdirəsi deyillər axı. Əgər bunlar oynamayacaqsa, Azərbaycan futbolunda yüksəliş çətin görünür. Hələ uşaqların özündə də həvəs öləcək. Futbola gedəcək, başlayacaq öyrənməyə, oynamağa, daha sonra görəcək ki, onu komandalara götürmürlər. Çünki legionerlər oynayır. Düzdür e, yerlilər də Birinci Liqada, İkinci Liqada oynayacaqlar. Axı orada oynayaraq o səviyyədə inkişaf edə bilməyəcəklər. Nəriman Axundzadə yavaş-yavaş inkişaf edir. Niyə? Çünki onun oynadığı rəqiblər “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”dur. Bu cür güclü komandalara qarşı oynayaraq, artırır. Yoxsa, başqa cür çox çətin olacaq.

- Millimizdən söz düşmüşkən, DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri ilə baş çıxara biləcəklər?
- Vaxtilə Trabzonda Fransaya 0:2 uduzduq, Oserdə 0:10... Futboldur da, olur belə şeylər. Qrupdakı İslandiya, Ukrayna, Fransa çox güclü komandalardır. Millinin xal götürməsi də çətin olacaq. 

- Əvvəlki dövrlərdə Gəncə futbolunun yetirmələri iddialı klublarda, millidə daha çox idi. Son illərdə isə bunu görmürük. Səbəbini nədə görürsüz?
- Əvvəl şərait yox idi, Gəncədən futbolçular çıxırdı. SSRİ-nin vaxtında “Neftçi”də, millidə gəncəli futbolçular çoxluq təşkil edirdi. Bugünkü gündə də ola bilər. Gözəl şərait yaradıblar. Sadəcə orada ağıllı işləmək lazımdır, uşaq futboluna ağıllı məşqçilər götürmək lazımdır. Buna nəzarəti güclü etmək lazımdır ki, irəliləyiş olsun. Yoxsa, o qədər gəncəli məşqçilərimiz var ki. Sadəcə onlara nəzarət olmalıdır, normal əməkhaqqı vermək lazımdır ki, yalnız işə fokuslana bilsinlər. Elə adamlar var ki, hamısı kənarda qalıblar. Elə biri özüm. Gəncə futbolu üçün o boyda can qoymuşam. Hamısı faktdır. Danılmazdır. Nələr etmişik, amma indi heç soruşan da yoxdur ki, sən niyə işləmirsən? Vidadi Rzayev, Mahmud Qurbanov... Hamısı kənarda qalıb.

- Sizcə, bunun səbəbi nədir?
- Mən artıq buna səbəb tapa bilmirəm. Son dəfə idman direktoru işlədim. Növbəti il müqavilə təklif edilmədi. Dedilər ki, yeni sponsor gəlir, hələ gəlsin, hamı havada qalıb. Yalan-yalan sözlər. Gözləri götürmürdü. Bilmirəm məni qısqanırdılar, qorxurdular, ya necə. Onlara elə futbolu bilməyənlər lazımdır ki, başlarını girələsinlər, pul qazansınlar. Çünki bu boyda futbol adamlarının kənarda qalması düzgün deyil. Əksinə, futbol adamlarından istifadə etmək, məsləhətlər almaq lazımdır.

- Bəlkə, yeni sponsor bunu edəcək?
- Futbolu fikirləşsələr, futbol adamlarına orada yer verməlidirlər. Ən azından istifadə etmək lazımdır. Futbolu inkişaf etdirmək naminə bu addımı atmaq mütləqdir. Həm də Gəncədə futbol olsun, məqsədimiz də budur. Milliyə də oyunçular yetişdirmək lazımdır. 

Emreli növbəti dəfə fərqləndi - VİDEO Rəşad Sadıqov: "Qarabağ", Qurban Qurbanov məktəbdir” Azər Bağırov: “Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?” “Zirə” Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB Rekord təkrarlandı: İkiqat çempionluq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri