Icma.az
close
up
RU
“Mehman bəy yardım təkliflərini qəbul etmir, amma...” Şahbaz Xuduoğlu

“Mehman bəy yardım təkliflərini qəbul etmir, amma...” Şahbaz Xuduoğlu

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mən ümid edirəm, hansısa klinika onu nəzarətə götürüb, müalicəsiylə məşğul olar bəlkə”

“Kim onun müalicəsinə dəstək olacaqsa Azəbaycan milli mətbuatına dəstək göstərmiş olacaq. Və tarixdə də bununla qalacaq”

Müasir Azərbaycanın milli-demokratik mətbuatının qurucularından biri, yüzlərlə jurnalistin ustadı Mehman Cavadoğlunun səhhətində problemlər olduğu bilindi. Əvvəlcə həmkarımız Məhbubə Qasımbəylinin M.Cavadoğlu ilə müsahibəsindən, sonra da “Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlunun feysbukdakı statusundan vəziyyətin heç də yaxşı olmadığı məlum oldu. Ş.Xuduoğlu sosial şəbəkədə bunları qeyd etmişdi: “Az əvvəl Mehman Cavadoğluna baş çəkdik. Podaqradan əziyyət çəkir, indi isə xəstəliyin ən ağır, ən şiddətli dövrünü yaşayır. Ayaqları çətinliklə onu saxlayır, əlləri işləmir. Yalnız bir barmağı ilə - o da güclə - vacib zənglər edir, qısa yazılar yazır… Səsi aydındır, məntiqi yerindədir. Soruşmasan, xəstəliyini bilməzsən, özü də gizlətməyə çalışır. “Dözülməz ağrılarım olur, danışa bilmirəm. Siz gəlməzdən əvvəl dərman içdim ki, heç olmasa sizinlə söhbət edə bilim…” dedi. 

Azərbaycan mətbuat tarixində Mehman Cavadoğlu kimi redaktorlar barmaqla sayılacaq qədərdir. Ömrünün 50 ili mətbuatda keçib. Evdə tək yaşayır. Aylıq məvacibi 300 manatlıq təqaüd”.

Ş.Xuduoğlu ilə əlaqə saxlayıb Mehman Cavadoğluna nə kimi yardım göstərilə biləcəyini, ümumiyyətlə ona kimlərsə tərəfindən yardım, kömək təklifi edilib-edilmədiyi ilə maraqlandıq. Cavabı belə oldu: 

- Mehman bəyə baş çəkdik. Xoşagələn vəziyyət deyil. Kəskin ağrıları var. Mütəmadi dərmanlar qəbul edir. Heç də xoş deyil durumu. Yardım təklifləri çoxdur. Amma məsələ burasındadır ki, Mehman bəy yardım təkliflərini qəbul etmir. Dönə-dönə xahiş etdi ki, kimsə yardım etmək istəsə, kartımın paylanması, maddi yardım toplanması kimi kampaniyalar olmasın, istəmirəm. Təqaüdü çox azdır. Qəbul etdiyi dərmanlar bahalıdır. Ağrılarının azalması, müalicəsi üçün bahalı dərmanlar tələb olunur. Vəziyyət belədir. Mən ümid edirəm, hansısa klinika onu nəzarətə götürüb, müalicəsiylə məşğul olar bəlkə. Belə bir variant fikrimə gəlib. Bu, Azərbaycan mətbuatına, söz, qələm adamına xidmət deməkdir. Kim onun müalicəsinə dəstək olacaqsa Azəbaycan milli mətbuatına dəstək göstərmiş olacaq. Və tarixdə də bununla qalacaq. Çünki Mehman bəy Azərbaycan demokratik mətbuatının simasıdır. Bu, çox vacib bir məsələdir. Düşünmürəm ki hazırda hansısa media nümayəndəsinin, jurnlastlərin Mehman bəyin müalicəsini üzərinə götürmək imkanı olsun. Amma hansısa klinika bunu də bilər. Biz adətən bu cür məsələlərdə dövlət müəssisələrinin irəli durmasını gözləyirik, amma özəl bir klinika da irəli çıxıb Mehman bəyin qayğısına qala bilər. Belə bir təşəbbüs olsa, çox yaxşı olar. Və yaxud da dövlət qurumları Mehman Cavadoğlunun müalicəsini üzərinə götürməlidir. Çox istərdim ona hansısa formada yardım, dəstək olsun və ağır vəziyyətdən çıxarılsın. 

Haşiyə: 

Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub. 1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru olub. Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti", "Media açarı" mükafatlarına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri