Icma.az
close
up
RU
Şahbaz Xuduoğlu Təhsil Nazirliyinə açıq müraciət ünvanlayıb

Şahbaz Xuduoğlu Təhsil Nazirliyinə açıq müraciət ünvanlayıb

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Təhsil Nazirliyinə açıq müraciət ünvanlayıb. 

Sherg. az-ın məlumatına görə, o müraciətində bildirib ki, nazirlik tərəfindən nəşriyyatlardan kitab alınması prosesində qeyri-şəffaflıq ictimaiyyət üçün cavab gözləyən ciddi suallar doğurur:

“İki məsələ ilə bağlı təhsil nazirliyindən açıqlama istəyirəm. Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: D. Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya bu kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi. Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar.

Bəs indi nə baş verdi? Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?

Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı. Bu, Təhsil Nazirliyinin qadınlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsünü yaratmırmı?

Digər məsələ isə nəşriyyatlardan kitab alışı ilə bağlıdır. Dövlət büdcəsindən kitab adı ilə ən çox vəsait məhz Təhsil Nazirliyinə ayrılır. Amma mənim 35 illik naşirlik fəaliyyətim dövründə Qanun Nəşriyyatından cəmi 15–20 adda kitab alınıb - o da yalnız Mikayıl Cabbarov dövründən sonra. Əvəllər Qanun Nəşriyyatı hər il 400–500 adda kitab nəşr etsə də hər yerdə görməzdən gəliblər. 

Bəs məktəblərdə “məktəbdənkənar mütaliə” necə təşkil olunur? Şagirdlərə hansı kitablar təklif edilir? Bu siyahını kim və nə əsasında müəyyən edir?

Eşitdiyimə görə, bu il Təhsil Nazirliyi 17 müxtəlif nəşriyyatdan kitab alır.

Sual yaranır:

- Bu nəşriyyatlar nə vaxt yaranıblar?

- Onların hansı təcrübəsi və hansı yeni nəşrləri var?

- Hansı əsasla “qəfil” siyahıya düşə biliblər?

Acı təcrübə göstərir ki, süni şəkildə yan nəşriyyatlar yaradılmaqla dövlət büdcəsindən vəsaitlərin silinməsi praktikası mövcuddur.

Mən Təhsil Nazirliyindən həm Karnegi kitabına qoyulan qadağa, həm də məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı aydın, əsaslı və şəffaf açıqlama gözləyirəm.

Bu iki məsələ həm gender yanaşması, həm də dövlət vəsaitinin istifadəsi — cəmiyyətin birbaşa marağındadır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri