Icma.az
close
up
RU
Mehmet Ali Birand və AzTV

Mehmet Ali Birand və AzTV

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün Türkiyənin əfsanəvi qəzetçisi, köşə yazarı, televizyonçu Mehmet Ali Birandın doğulduğu gündür.

M.A.Birandı (1941 – 2013) şöhrətinin, şanının zirvəsində tanımış, dəfələrlə görüşmüşdüm. Azərbaycana münasibəti birmənalı deyildi – Bəzən kəskin tənqid edir, bəzən də bizim həqiqətləri obyektiv şəkildə dilə gətirirdi. Ciddi nüfuzu vardı, reytinqi olduqca yüksək və böyük söz sahibi idi.

Qarabağ məsələsini, onun köklərini, həssaslığını yaxşı bilmirdi (Ən mükəmməl bildiyi sahə Avropa Birliyi, PKK və s. idi). Bu səbəbdən də zaman-zaman bilmədən efirdə müəyyən təhriflərə yol verirdi. Belə olan hallarda Türkiyədəki o zamankı səfirimiz Məmməd Əliyev tez reaksiya verir, şəxsi nüfuzundan istifadə edərək təkzib göndərirdi. Birand gerçək bir professional idi, geri addım atmağı bacarırdı.

Ankarada çalışdığım illərdə dəfələrlə müsahibə almaq istədim ondan. Bütün telefon zənglərimə cavab verir, çaya, qəhvəyə dəvət edirdi. Müsahibə sözünü eşidən kimi ənənəvi olaraq “Devlet televizyonumu, BBC-mi?” sorurdu (1995-2003-cü illərdə BBC üçün də çalışırdım). “AzTV”nin adı gələndə “daha sonra” deyib boyun qaçırırdı.

Bir dəfəsində zor-bəla razı saldım onu. “Bakı-Supsa” ilə bağlı müəyyən anlaşılmazlıqlar vardı. Dedim gəlin enerji məsələləri haqda bir az danışaq. Danışdı, gözəl də müsahibə alındı. Materialı hazırlayıb göndərdim Bakıya.

4-5 gün efirə vermədilər müsahibəni. Zəng vurdum Bakıya, dedilər bu axşam verəcəyik. O axşam da vermədilər. Əsas xəbərlərdən sonra hardasa 20:15-dən 20:20-yə qədər “Salyanda abadlıq işləri davam edir” deyə uzun bir süjet verdilər – Başları rəngbərəng yaylıqlı qadınlarla üzü tüklü kişilər yol kənarındakı səkiləri boyayırdılar. 20:20-də isə buna bənzər başqa bir rayondan material getdi efirə. Amma Birandla müsahibəni vermədilər.


Bir müddət sonra Birand Moskvaya ezamiyyətə getdi. O dövrdə Türk TV-lərində ən populyar, ən reytinqli proqramlardan biri Birandın “32. Gün” proqramı idi. Mehmet Ali Bey Vladimir Putindən müsahibə aldı. Mükəmməl bir müsahibəydi, əsil Master Class idi.

Bizim televiziyanın rəhbəri zəng elədi ki, bəs bizə niyə müsahibə vermir Birand? Heç nə demədim, çalışıb görüşəcəyimi söylədim. Bir neçə gün sonra Mehmet Ali Birandla görüşüb müsahibə aldım.

Bu dəfə yayınladılar, ancaq AzTV-də deyil, BBC-də. Müsahibədə Birand Rusiyanın Qarabağ münaqişəsindəki qeyri-konstruktiv rolundan danışmışdı. O illərdə BBC-nin Qafqaz və Orta Asiya xidmətində çalışan Famil İsmailov materialı vergülünə belə toxunmadan efirə vermişdi. Dostum, təcrübəli jurnalist, çoxunuzun “Zerkalo”dan tanıdığı Famil hələ də Londonda yaşayır, günü bu gün də BBC-də, Rus xidmətinin rəhbərlərindən biridir.

Birandla təmaslardan, onunla söhbətlərdən çox şey öyrəndim. Çıxartdığım dərs isə bu oldu ki, materialı doğru ünvana yönləndirmək lazımdır, yəni məqalə və ya tv reportajını ona dəyər verən, qiymət verən orqana vermək vacibdir. Yoxsa səkiləri əhənglə boyamaq Birandla müsahibədən daha önəmli olur.

Ankarada çalışdığım 10 il ərzində AzTV ilə bərabər BBC-yə də çalışır, “Zerkalo/Ayna”, “Avrasiya”, “Panorama” qəzetlərinə köşə yazır, ANS-lə əməkdaşlıq edirdim. Birand hadisəsindən sonra material və mövzuları kanallar və qəzetlər arasında daha rasional bölüşdürməyə başladım.

Media əfsanəsi Mehmet Ali Birandı sayğı ilə anıram…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri