Mehmet Ali Erbilin son halı müzakirə yaratdı (Video)
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil uzun fasilədən sonra yenidən səhnəyə çıxıb.
Milli.Az CNN TÜRK-ə istinadən xəbər verir ki, 69 yaşlı sənətçi Eskişehirdə keçirilən özəl tədbirdə həmkarı və yaxın dostu Yunus Bülbüllə birlikdə səhnə alıb. Mahnılar ifa edən Erbil gecə ərzində tamaşaçılarla söhbət edib, zarafatları ilə onları əyləndirib.
Lakin onun səhnədəki çıxışından daha çox xarici görünüşündəki dəyişiklik diqqət çəkib. Bir müddətdir kameralardan uzaq qalan Mehmet Ali Erbilin çəki aldığı müşahidə olunub. Sənətçinin yeni görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Mehmet Ali Erbil 2018-ci ildə keçirdiyi qəza nəticəsində yenidən aktivləşən Kaçış Sendromu xəstəliyi səbəbilə uzun müddət müalicə alıb. Həmin dövrdə ciddi çəki itkisi yaşayan şoumen müalicədən sonra fiziki vəziyyətini tədricən bərpa etməyə başlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Avqust 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















