Icma.az
close
up
RU
“Mehr”: “Zəngəzur dəhlizi iştirakçılara milyardlarla dollar gəlir gətirəcək”

“Mehr”: “Zəngəzur dəhlizi iştirakçılara milyardlarla dollar gəlir gətirəcək”

Icma.az bildirir, Tribuna portalına istinadən.

“İran Qafqazda sülhün və inkişafın əleyhinə deyil, əksinə onun bu prosesdən kənarda qalmasına qarşıdır. Bu regionun gələcəyi Tehranın eyni vaxtda təhlükəsizliyin qırmızı xətlərini qoruya bilməsindən və konstruktiv rolunu nümayiş etdirməsindən asılıdır”.

Tribunainfo.az xəbər verir ki, bu sözlər İranın “Mehr” Agentliyinin dərc etdiyi məqalədəndir.

Nəşr qeyd edib ki, hazırda İranın qarşısında bəzi suallar var və onlara cavab axtarır. “Qafqazı milli təhlükəsizliyin həyati əhəmiyyət kəsb edən ərazisinin bir hissəsi hesab edən İran üçün əsas sual budur: o, bu layihə ilə necə üzləşməlidir? Cavab müsbət strategiyadadır; yalnız müxalifətə deyil, təşəbbüs və alternativ təkliflərə əsaslanan yanaşmadadır”.

“Mehr” vurğulayıb ki, yeni dəhlizlər Asiya-Avropa tranzit vaxtını iki həftəyə qədər azalda və regional ticarətə milyardlarla dollar qazandıra bilər. “Bu məsələ Azərbaycan və Ermənistan üçün başa düşüləndir. Lakin İran tranzit payının azalması riski ilə üz-üzədir”.

İran nəşri onu da bildirib ki, İran Zəngəzur dəhlizinə alternativ olaraq Şimal-Cənub dəhlizini, Araz dəhlizini, Fars körfəzi-Qara dəniz layihəsinin canlandırmalıdır.

Bundan başqa, “Mehr” yazıb ki, İran regional təhlükəsizlik müqaviləsi təklif etməlidir. “İranın təklifi Cənubi Qafqaz ölkələrinin marşrutları sırf iqtisadi saxlamaq və xarici bazaları qəbul etməməyi öhdəsinə götürdüyü bir pakt ola bilər”.

Nəşr sonra yazıb ki, Zəngəzur dəhlizi İran üçün həm təhlükə, həm də fürsətdir. “İran passiv olsa, geosiyasi və iqtisadi rolunun bir hissəsini itirəcək. Amma təşəbbüs göstərsə – diplomatiya, infrastrukturun inkişafı, təhlükəsizliyin qarşısının alınması və mədəni kapitalı birləşdirsə, təhlükəni Qafqazda tarixi mövqeyini gücləndirmək fürsətinə çevirə bilər”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri