Icma.az
close
up
RU
Zəngəzur dəhlizi regiona əbədi sülh gətirəcək ŞƏRH

Zəngəzur dəhlizi regiona əbədi sülh gətirəcək ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər iki dövlət bu dəhlizdən böyük iqtisadi mənfəət əldə edəcək


Sona Əliyeva: “Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh prosesində mühüm mərhələ kimi tarixə düşdü. Bu səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında ABŞ Prezidenti D.Trampın şahidliyi ilə keçirilən görüşdə mühüm nəticələr əldə edilib və sülhün təmin olunması istiqamətində birgə addımlar atılıb.

Əsas nəticələrdən biri də məhz Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasıdır. Bu sənəddə Minsk qrupunun ləğv olunması üçün iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət etməsi təsdiq edilib ki, bu, münaqişənin beynəlxalq səviyyədə yeni formatda həllinə zəmin yaradır. Eyni zamanda, Azərbaycanın əsas tələbi olan Ermənistan Konstitusiyasına ərazi iddialarını aradan qaldıracaq dəyişikliklərin edilməsi məsələsi də Birgə Bəyannamədə təsdiqlənərək sülh müqaviləsinin imzalanması üçün vacib şərt kimi qoyulub. Vaşinqton görüşü həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqənin təmin olunması istiqamətində razılığın əldə olunması ilə yadda qaldı. Bu, uzun illər Azərbaycanın strateji hədəfi olan Zəngəzur Dəhlizinin reallaşması üçün önəmli addımdır. ABŞ ilə Ermənistan arasında bu dəhlizin işə düşməsinə dair xüsusi sazişin imzalanması və ABŞ Prezidentinin Zəngəzur Dəhlizinin qarantı rolunu üzərinə götürməsi regionda kommunikasiya əlaqələrinin bərpasına yeni nəfəs verdi.Vaşinqtonda həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin mətni paraflanaraq tərəflər arasında razılaşmanın texniki əsasları tamamlandı. Paraflanma yekun imzalanmanın birbaşa göstəricisi olmasa da, bu istiqamətdə ciddi addım sayılır və 2026-cı ildə Ermənistanda keçiriləcək referendum və konstitusiya dəyişikliklərindən sonra sülh müqaviləsinin rəsmən imzalanacağı gözlənilir.

Qeyd edək ki, Birgə Bəyannamə ilə regionda yeni status-kvo təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Azərbaycan tərəfindən yaradılan yeni reallığı qəbul edir. Bu səfər və əldə olunan sənədlər Azərbaycanofobiya və Ermənistan tərəfinin destruktiv mövqeyinə qarşı ciddi zərbədir. Siyasi ekspertlərin də xüsusi vurğuladığı kimi Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixli Vaşinqton səfəri Cənubi Qafqazda uzun müddət davam edən münaqişənin sülh yolu ilə həllində yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan yalnız müharibədə qalib gəlməklə kifayətlənmədi, həm də regionda dayanıqlı sülhün əsasını qoyub. Bu səfər Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirdi və Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu. Sülh müqaviləsinin yekun imzalanması ilə həm Azərbaycan, həm də Ermənistan üçün yeni, sabit və firavan gələcək üfüqləri açılacaq.

 

 Siyasi şərhçi Sona Əliyeva da Sherg.az-a açıqlamasında Vaşinqtonda imzalanan Birgə Bəyannamə ilə Ermənistanın Azərbaycanın haqlı diktəsi altında sülhə razılaşdığını bildirib: 

"Doğrudur, sülh sazişi imzalanmadı, amma bunun da günahkarı Ermənistanın özüdür. ATƏT-in Minsk qrupunun ləğvi ilə yanaşı, İrəvandakı hakimiyyət mövcud konstitusiyadakı ərazi iddiaları ilə bağlı maddələri çıxarmalıdır. Bunun üçün referendum keçiriləcək. Artıq Ermənistan referendumla bağlı üzərinə öhdəlik də götürüb. Bu baş verdikdən sonra böyük sülh sazişi imzalana bilər. İndiki halda Zəngəzur dəhlizinin açılması regiona böyük ölçüdə əbədi sülh gətirəcək. Hər iki dövlət bu dəhlizdən böyük iqtisadi mənfəət əldə edəcək. Bundan başqa, Çindən Britaniyaya uzanan yol məhz bu qovşaqdan keçməklə Cənubi Qafqaz regional təhlükəsizlik risklərindən də sığortalanacaq. Çünki qlobal iqtisadi regionlar müharibə riskindən sığortalanırlar. Bu da uzun illər regionda sülh olacağına işarədir. Zəngəzur dəhlizinin qarantı təkcə ABŞ olmayacaq. Bu dəhlizin imkanlarından yararlanan bütün ölkələr onun təhlükəsizliyinin təminində maraqlı görünəcəklər. Üstəlik, bu dəhlizin işə düşməsi şimal və cənub yollarını da neytrallaşdıracaq. Beləliklə, Rusiyanın Güney Qafqazdakı hərbi hegemonluğu tamamilə zəifləyəcək. ABŞ və Çin, eləcə də Britaniya Rusiyanın burada hərbi dillə danışmasına və ya əzələ nümayişinə imkan verməyəcək. ABŞ-nin vasitəçiliyindən Rusiya bir o qədər də narahat görünmür. Əsas narahatlıq isə İrandan gəlir.  İrandakı mollakratiya öz ölkələrinin taleyini riskə ataraq Azərbaycan və Ermənistanla kəskin dillə danışa bilməz. Ən azından, buna cəhdin Tehran hökuməti üçün intihara bərabər addım olacağını mollalar da yaxşı başa düşürlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Avqust 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri