Icma.az
close
up
RU
Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur

Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur. Heydər Əliyev Fondunun təhsillə xüsusi diqqət ayırması, təhsi siyasətinə verilən dərin töhfə də məhz Mehriban Əliyevanın xidmətlərinin nəticəsidir. Onun bəyan etdiyi kimi müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir: “Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Heydər Əliyev Fondunun Azərbaycanla məhdudlaşmır, Fond dünyada təhsilin inkişafına dəstək verməklə beynəlxalq donora çevrilib. Qlobal aləmdə Fondun rəhbəri Mehriban Əliyevanı elm və təhsil sahəsində humanizm çarçısı, xeyriyyəçilik və nəcib əməllər sahibi kimi tanıyırlar.
Fondun təhsillə bağlı xeyriyyəçiliyi ölkə hüdudlarını aşaraq geniş coğrafiyası əhatə etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin həlli, Moskvada, Avropanın bir çox bölgələrində, Amsterdamda Azərbaycan məktəblərinin fəaliyyətə başlaması Mehriban xanımın fədakar əməyinin bəhrəsidir.
Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir. Fondun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilib, Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub. 2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib.
Fondun Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbi yenidən inşa etməsi, ən zəruri avadanlıqlarla təmin etməsi dünyada bir örnək kimi qəbul edilir.
Heydər Əliyev Fondunun dəstəyi uzaq Asiya regionunu da əhatə etməklə təhsilə qlobal səviyyədə verdiyi əvəzsiz töhfələri təsdiqləyir. Vyetnamda inşa edilmiş ibtidai məktəbin istifadəyə verilməsi həmin regionda təhsil problemləri yaşayan yüzlərlə şagirdə ən böyük sevinc, hədiyyə olmuşdur. Bu xeyirxah missiya vyetnamlı uşaqların təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Bu cür layihələrin gerçəkləşməsi Heydər Əliyev Fondunun milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirdiyini, öz xoşməramlı missiyasi ilə Azərbaycanın və bəşəriyyətin gələcəyi üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə xidmət etdiyini göstərir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri