Icma.az
close
up
RU
Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Argentinanın "Real Politik" xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb.

Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Pontifik ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib və bu jest Roma Papası tərəfindən məmnunluqla qarşılanıb.

Argentinanın "Radio María" xəbər və onlayn radio portalı da Mehriban Əliyeva Papa XIV Leonun görüşünü diqqətdə saxlayıb. Qeyd olunub ki, bu görüş Vatikan ilə Azərbaycan arasında yaxşı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm bir addımdır.

Yazıda Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşdüyü, tərəflərin qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdikləri bildirilib. Vatikanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını yüksək qiymətləndirdiyi, regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyi diqqətə çatdırılıb. Eyni zamanda, mədəni sahədə əməkdaşlıq və Katolik Kilsəsinin ölkədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın "Eurasiaticanews" portalının materialında isə Azərbaycanın Birinci vitse-prezidentinin oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdiyi və həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu bildirilib. Qeyd olunub ki, mərasimdə Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri də iştirak edib.

Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılıb. Bildirilib ki, konservasiya işləri Komodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün "yaşıl məhsullar"ın istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri