Icma.az
close
up
RU
Mehriban Əliyevanın Vatikana səfəri: Azərbaycanın humanitar diplomatiyadakı lider mövqeyi ŞƏRH

Mehriban Əliyevanın Vatikana səfəri: Azərbaycanın humanitar diplomatiyadakı lider mövqeyi ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vatikana səfəri ölkəmizin dünya siyasətində, mədəniyyətlərarası dialoqda və humanitar sahədə oynadığı rolun növbəti təzahürü oldu. Bu səfər təkcə rəsmi görüşlərdən ibarət deyildi, həm də Azərbaycanın dinlərarası anlaşma, tolerantlıq və mədəniyyətlərə hörmət strategiyasını beynəlxalq arenada nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. O qeyd edib ki, Roma Papası XIV Leo ilə görüşdə Mehriban Əliyeva Azərbaycanın zəngin tolerantlıq ənənələrindən, müxtəlif dini icmaların sülh və harmoniyada yaşamasından danışdı. Görüşdə, həmçinin Azərbaycanda mədəniyyətlərarası dialoqun dəstəklənməsi, humanitar təşəbbüslərin gücləndirilməsi mövzuları müzakirə olundu. Papa XIV Leo Mehriban Əliyevanın səfərini yüksək qiymətləndirərək Azərbaycan xalqının dərin mədəni və dini irsini vurğuladı.

Bu səfər, eyni zamanda, Azərbaycanın humanitar diplomatiya sahəsindəki mövqeyini gücləndirdi. Azərbaycanın beynəlxalq layihələrdə fəal iştirakı, QHT-lər və dövlət strukturları vasitəsilə həyata keçirilən humanitar təşəbbüslər dünya ictimaiyyətinə ölkəmizin sülhə, əməkdaşlığa və dialoqa verdiyi önəmi nümayiş etdirir.

“Mehriban Əliyevanın Vatikan səfəri çıxışları göstərdi ki, Azərbaycanın qlobal siyasətdə mədəniyyətlərarası anlaşmanın təminatçısı və etibarlı tərəfdaş kimi rolu yalnız sözlərlə deyil, konkret təşəbbüslərlə də təsdiqlənir. Eyni zamanda səfər ölkəmizin dünya mədəniyyətinə olan hörmətini, tolerantlıq irsini və humanitar missiyasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Vatikanda keçirilən rəsmi görüşlərdə həm dini, həm də mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıldı. Həmçinin gələcəkdə birgə layihələrin icrası, humanitar proqramların dəstəklənməsi və müxtəlif dini icmalar arasında təcrübə mübadiləsi məsələləri müzakirə edildi”, - deyə deputat əlavə edib.

E.Akimova vurğulayıb ki, bu səfər Azərbaycanın yalnız regionda deyil, dünya siyasətində də mədəniyyətlərarası dialoq və humanitar diplomatiya sahəsində öncül rola malik olduğunu bir daha sübut etdi. Mehriban Əliyevanın səfəri həm də ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərini təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri