Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Mehriban Vəliyeva: “Mirzoyanın Antalyada irəli sürdüyü iddialar İrəvanın sülhə hazır olmamasından xəbər verir”

Mehriban Vəliyeva: “Mirzoyanın Antalyada irəli sürdüyü iddialar İrəvanın sülhə hazır olmamasından xəbər verir”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Ermənistanın imzalanacağı gözlənilən sülh sazişi ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü iki əsas tələb daha çox formal xarakter daşıyır və erməni ictimaiyyətinin sakitləşdirilməsinə xidmət edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın konstitusiyasında guya İrəvana qarşı ərazi iddialarının olması və ATƏT-in Minsk qrupundan sülh sazişinin imzalanmasından sonra buraxılmasına dair fikirləri əsassız və məntiqsizdir. Onun aqumentlərində heç bir tezis olmadığı üçün sübut kimi qiymətləndirilə bilməz. Bu sadəcə uğursuz siyasi manevrdir. Sanki İrəvan Azərbaycanın əsaslandırılmış tələblərinin qarşısına “əliboş” çıxmamaq üçün çürük, paslı silahlardan istifadə edir”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, Mirzoyanın çıxışı onun Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsinə  hazırlıqsız gəldiyini göstərir: “O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun güclü məntiqi, ağlabatan arqumentləri qarşısında acizliyini nümayiş etdirdi. İddialarının heç birinin diskussiyadan “sağ çıxmaq” şansı yox idi. Ceyhun Bayramov çox yerində qeyd etdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır. Əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq. Belə bir şəraitdə Ermənistanla tələsik sülh sazişi imzalamaq nə dərəcədə doğrudur?”

Millət vəkilinə görə, Ermənistanın müstəqillik bəyannaməsində konkret olaraq göstərilir ki, “qondarma dağlıq qarabağ şurasının 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanmasından söhbət gedə bilməz.  görünür, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Ermənistan hakimiyyəti rəsmi Bakının tələblərini ona görə yerinə yetirmir ki, ölkədəki revanşist qüvvələrdən çəkinir. Düşünürlər ki, belə bir addım atsalar, erməni ictimai rəyində kök salmış “hakimiyyət Bakının qarşısında geri çəkilir” təəssüratını təsdiq etmiş olarlar. Ona görə də çıxış yolunu “Azərbaycan da kontitusiyasını dəyişdirsin” tələbini irəli sürməkdə görürlər. Mirzoyan Azərbaycanın konstitusiyada hansı maddənin Ermənistan üçün “zərərli” olduğunu deməsə də, güman ki, bu, 1991-ci ildə qəbul edilən Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinaddır.   Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunması nədənsə İrəvanı narahat edir.  İrəvanda qorxurlar ki, rəsmi Bakı varis kimi AXC ərazilərinin bərpa edilməsinə çalışa  bilər. Bunun hüquqi tərəflərini şərh etmək hüquqşünasların işidir. Bildiyim qədər Azərbaycan Konstitusiyasında heç bir ölkənin ərazisinin adı çəkilməyib. Ölkə rəsmiləri də ən yüksək səviyyədə qeyd ediblər ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Olsaydı, bunu 2020-ci il Vətən müharibəsində həyata keçirərdik. Ermənistanla şərti sərhədə çatandan sonra müharibəni dayandırdıq və bütün dünyaya sübut etdik ki, biz işğalçı deyil, öz ərazi bütövlüyümüz uğurunda savaşan dövlətik”.

ATƏT-in Minsk qrupunun buraxılmasına gəldikdə isə M.Vəliyeva bildirdi ki, əgər Ermənistan münaqişəni bitmiş hesab edirsə, Minsk qrupunun buraxılması müraciətinə imza atmalıdır: “Ermənistan Minsk qrupu kartınını Azərbaycanla  alver etmək üçün əlində saxlayır ki, bu da çox uğursuz gedişdir. Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda səmimi olduğunu sübut etməlidir, ancaq təəssüflər olsun hələ ki, biz bunu görmürük”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri