Məhv edilən İran generallarının yerinə YENİ TƏYİNATLAR FOTO
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami həlak olub.
Sfera.az xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei sözügedən postlara müvəqqəti rəhbərlər təyin edib.
Belə ki, Həbibullah Sayyari Silahlı Qüvvələrin müvəqqəti Baş Qərargah rəisi, Əhməd Vahidi isə SEPAH-ın Baş komandanı təyin olunublar.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. 

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















