Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”

“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Bu gün bəşəriyyət tarixin ən mürəkkəb və amansız təzyiqləri ilə üz-üzədir. Bəs səbəb nədir? Əsas səbəb müasir dünyanın təqdim etdiyi "mülayim liberalizm" pərdəsi altında insanların mənəvi və intellektual "köklənmədən" məhrum edilməsidir. Bu, təsadüfi bir proses deyil, bilərəkdən dünya mühitini yaradanların, dünyanın nizamını yenidən yazmaq, insan şüurunu manipulyasiya etmək istəyənlərin şüurlu strategiyasıdır”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, biz müasir texnologiya və texnoloji inqilabların bəhrələri ilə yanaşı, onun ən ağır fəsadlarını da yaşadığımız bir keçid dövründəyik:

“Bunun səbəbi ondan ibarətdir ki, Yaradan insanları yaşadıqları, istədikləri mühitə uyğunlaşdırır. Bu gün mühit smartfonlar, tətbiqlər və süni intellektlə idarə olunur. Bəşəriyyət bu rəqəmsal axından qopa bilmir. Belə bir məqamda uzaqgörən liderlər texnoloji asılılığın fəsadlarını minimuma endirmək üçün qətiyyətli və strateji addımlar atırlar. Onların ideyaları dərin təfəkkürdən doğur və hər bir addım hesablanmışdır. Əsas məqsəd maksimum az zərər, maksimum qorunmadır. Təəssüf ki, kütləvi şüur bəzən bu xilasedici addımları "antidemokratik" damğası ilə qarşılayır və fəlakətə doğru sürətlə irəliləyir. Nə yaxşı ki, bu gün bizim yaşadığımız dünyanın bir parçası olan ölkədə bu mürəkkəb texnoloji və geosiyasi müharibələrin təlatümlərini öncədən görən, onları ustalıqla zərərsizləşdirən müdrik siyasi liderimiz var. O, çox mürəkkəb və çətin qarşısı alınan texnoloji müharibələrin təlatümlərinin amansız ziyanlarını minimuma endirə bilir”. 

R.Hüseynov deyib ki, bu strateji qalxanı dəyərləndirmək və ona mənəvi dəstək vermək hər bir dərk edən vətəndaşın vicdan borcudur:

“Dəyərli soydaşlar, köklənən dünyanın köklənməyi bacarmayan sakinlərinin taleyini yaşamamaq üçün atılan hər addıma dəstək vermək vacib və mütləqdir. Bu, bir sınaq dövrüdür və biz bu fəlsəfəni yaddaşlarımızda möhkəmləndirməliyik. "Köklənən dünya" inkişaf edən, sistemləşən və yeni qaydalarla yenilənən dünya deməkdir. "Köklənməyən sakinlər" isə bu sürətli transformasiyaya uyğunlaşa bilməyən, daxili və xarici balansını itirmiş, keçmişin stereotiplərində boğulan kütlədir. Bu, bir həqiqətdir. Çünki Dünya inkişaf edir, sistemlər rəqəmsallaşır, lakin bəzi insanlar zehni inkişafdan geri qalaraq yerində sayır. Amma insanlar dəyişə bilmir. Onlar zehni olaraq inkişaf etmir, dəyişənlərə uyğunlaşa bilmir, daxili olaraq yerində sayır və problemi özünküləşdirir. Nəticədə, insan öz problemləri ilə çabalayır. Lakin dəyişən dünyanın səviyyəsinə qalxanlar qalib gəlir və dünya nizamında öz imzasını atır. Əgər qlobal sistem dəyişirsə, düşüncə də ona uyğun dəyişməlidir. Artıq rəqəmsallaşan dünyada çoxtərəfli diplomatiya, yeni iqtisadi və siyasi ittifaqlar formalaşıb. Amma bunu dərk etməyənlər dövlətin dəyişikliklərə uyğun strateji qərarlarını düzgün anlaya bilmir. Manipulyasiyaya açıq olan emosional düşünən kütləni ifadə etməklə məşğul olmaq yanlışdır və dövlət üçün riskdir.Bu risklərin qarşısını alan qətiyyətli idarəçilik diktatura deyil, milli düşüncəyə əsaslanan suveren demokratiyadır. Bizə bu gün şüurlu, uyğunlaşa bilən və vahid cəmiyyət lazımdır. Bunun üçün dövlətin həyata keçirdiyi bütün addımlar birmənalı şəkildə dəstəklənməlidir”. 

Onun sözlərinə görə, Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən regional və qlobal siyasət məhz bu "köklənmiş" strategiyanın təzahürüdür:

“Möhtərəm Prezident və onun komandası strateji, taktiki və köklənmiş siyasət yürüdür. Nə yazıq ki, cəmiyyətin az bir hissəsi sosial medianın yaydığı təhlükəli təsirlərə inanır. Bu, tamamilə yanlış və təhlükəli düşüncə tərzidir. Dövlətimiz kompleks və rasional siyasət aparır. Bu siyasəti birmənalı olaraq dəstəkləmək və onun uğrunda mübarizə aparmaq hər bir vicdanlı və ağıllı vətəndaşın borcudur. Boşboğazların və dövlətçilik şüurundan məhrum olanların bu mükəmməl idarəçilik metodunu "avtoritarizm" kimi qələmə verməsi sadəcə acizlikdir. İdarəçilik metodumuz mükəmməlləşdirilib. O boşboğazların, ölkəni məhvə sürükləmək istəyənlərin, kiminsə diktəsi ilə ölkədə xaos yaratmaq istəyən nanəciblərin meydanı daralıb. Məhz buna görə də bu iftira və şantajları artırırlar, lakin onların zənciri artıq qırılıb. Dövlətin uğurları bizim uğurlarımızdır. Dərin strateji xəttimizin sədaları artıq dünyada, dərin və köklü siyasət düşüncəsinə malik olanlar tərəfindən qəbul olunub. Dayaz düşünənlərin fikirləri isə artıq önəm daşımır. Rusiya–Ukrayna müharibəsində gördük ki, müharibə təkcə silahla aparılmır. Burada kimin haqlı olması ilə təsəlli tapmaq önəm daşımır, böyük geosiyasi maraqlar öndədir. ABŞ–Çin qarşıdurmasında isə texnologiya, ticarət və geopolitika bir-birinə qarışıb, uzunmüddətli təsirlər aktuallaşıb. Yəni dünya siyasəti getdikcə daha da mürəkkəbləşir və peşəkarların sahəsinə çevrilir. Artıq sadə, emosional düşüncə səviyyəsində qalmaq siyasi kasadlıqdır. Köklənən dünya strateji analiz və uzunmüddətli plan deməkdir. Təsirlərə sinə gərən baxışları, kökləyən dövlətin gücü ilə cəmiyyətin siyasi şüurunu paralel inkişaf etdirən bir ölkənin siyasi və mənəvi havasını udmağı bizə nəsib edən güclü iradəli liderin ətrafında sıx birləşən cəmiyyətin məğlubiyyət şansı yoxdur. Biz ancaq qalib gələcəyik”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Mart 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri