Icma.az
close
up
RU
MEK in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

MEK in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yenilənmiş elektron kitabxananın təqdimatı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov elektron kitabxana işinin səmərəli təşkili, oxucuların rahatlığı və vaxta qənaət etməsi məqsədilə yeni alınmış avadanlıqlardan istifadə barədə məlumat verib və əyani nümayiş etdirib.

Təqdimat mərasimini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son 3 il ərzində Milli Elmlər Akademiyasında aparılan çoxistiqamətli islahatlar içərisində elektron xidmətlərin genişləndirilməsi işinin mühüm yer tutduğunu söyləyib. Bildirib ki, XXI əsrin indiki mərhələsində elektron hərəkatın geniş miqyasda tətbiqi olduqca vacibdir. Mərkəzi Elmi Kitabxananın elektron kitabxanasının yenidən təşkilinin yeniləşən Akademiyada bu istiqamətdə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu işlərin böyük zəhmətin və gərgin əməyin nəticəsində ərsəyə gəldiyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, yenilənmiş sistemlə həm Akademiya işçiləri, həm də digər oxucular vaxt itkisi olmadan, kitabxanaya gəlmədən, istənilən yerdən kitabxananın xidmətlərindən istifadə edə biləcəklər və bu XXI əsrin çağırışı, tələbatıdır.

Akademiyanın həm regionlarda, həm də paytaxt Bakıda yerləşən elmi müəssisələrindəki kitabxanaların da elektronlaşmasının mühüm olduğunu deyən akademik İsa Həbibbəyli artıq bu istiqamətdə də bir sıra institutlarda işlərə başlanıldığını, növbəti il isə bütün müəssisələrdə yekunlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb, bununla bağlı institutların məsul şəxslərinə tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin 2023-cü ilin yanvar ayında qəbul etdiyi qərarla AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb. AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranovun rəhbərliyi altında qısa müddətdə bir çox uğurlara imza atılıb. AMEA-nın elmi nəşrlərinin elektron versiyası yaradılıb, işıq üzü görən hər bir məqaləyə DOİ identifikatoru verilib, Akademiyanın 3 jurnalı TÜBİTAK-ın DərgiPark bazasına daxil edilib, həmçinin milli DərgiPark şəbəkəsi yaradılıb. Bundan əlavə, alimlərin məqalələrinə edilən istinadları hesablamaq məqsədilə milli istinad sistemi yaradılıb, eləcə də robot texnologiyaları, Vikipediya istiqamətində bir çox addımlar atılıb. Bu günlərdə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çində süni intellektə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, dünya elmində bu sahədə gedən yeniliklərlə tanış olub.

Tədbirdə görülmüş işlər barədə interaktiv şəkildə məlumat verən MEK-in direktoru bildirib ki, ötən ilin sentyabr ayında kitabxanada yeni yaradılan elektron kitabxananın ilkin təqdimatı keçirilib. Direktorun sözlərinə görə, ilkin təqdimata qədər yenidən qurulmuş e-kitabxanaya 1470 PDF resurs daxil edilib, 8000 e-resurs hazırlanıb. Hazırda bu göstəricilərin sayı xeyli artıb. Belə ki, bu günə qədər e-kitabxana üçün hazırlanan 51 min 875 PDF kitabdan 32 min 345-i artıq sayta yüklənərək oxucuların istifadəsinə verilib və bununla da e-kitabxananın resurs bazası genişlənib.

Hesabat dövründə elektron kataloqa 127 min yeni resurs əlavə olunub ki, bununla da, elektron kataloqda resursların sayı 827 minə çatıb. Eyni zamanda, “E-kitabxanalara çıxış”, “Bazalara çıxış”, “E-layihələr”, “Audio fayllar”, “Avtoreferatlar”, “Xəritələr”, “E-jurnallar”, “E-biblioqrafiyalar”, “E-kitablar” da MEK-in saytına daxil edilib. Bundan əlavə, xarici elektron kitabxanalara və məlumat bazalarına əlçatanlıq təmin edilib. Belə ki, kitabxana saytından dünyanın 300-ə qədər aparıcı kitabxanasına birbaşa keçid verilib. Həmçinin buradan 60 adda xarici elmi bazalara da giriş təmin olunub ki, istifadəçilər istənilən elm sahələrinə dair axtarış edə, məqalə oxuya, tədqiqat işi, elmi jurnallarla tanış ola bilərlər.

MEK rəhbəri onu da qeyd edib ki, son dövrdə kitabxana saytı dizayn və istifadə baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyası tətbiq edilib, süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb. Bundan əlavə, inkluziv xidmət resurslarının hazırlanandığını bildirən MEK rəhbəri onu da diqqətə çatdırıb ki, burada “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələr öz yerini tapıb.

Növbəti yeniliyi qeyd edən direktor vurğulayıb ki, artıq oxucular MEK-in Biblioqrafik xidmət sektorunun əməkdaşları ilə birbaşa onlayn canlı ünsiyyət yarada biləcəklər. İstifadəçilər “Whatsapp” platforması üzərindən əməkdaşlara kitabxana ilə bağlı sualları verməklə lazımi informasiyanı əldə edəcəklər. Direktor bildirib ki, oxucular bu gündən etibarən binanın girişində yerləşdirilmiş məlumat-axtarış sistemi vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edə biləcəklər.

Tədbirdə, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər Planına əsasən MEK-in “Bəxtiyar Vahabzadə” adlı elektron layihəsinin istifadəyə verildiyi qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri