Icma.az
close
up
RU
Tekstillə bağlı ölkədə vəziyyət: potensial var, amma...

Tekstillə bağlı ölkədə vəziyyət: potensial var, amma...

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tekstil bir sıra ölkələrin iqtisadiyyatında önəmli sahələrdən biridir. Müxtəif Avropa ölkələri, Türkiyə, Çin və s. kimi ölkələri buna misal göstərmək olar. Bəs hazırda ölkəmizdə tekstillə bağlı vəziyyət necədir?

Xaırladaq ki, bir müddət öncə, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler Bakıda keçirilən “Tekstil sektorunun inkişafı və qlobal inteqrasiya” seminarında bildirib ki, Azərbaycanın tekstil sənayesi beynəlxalq arenaya çıxmaq üçün bütün zəruri şərtlərə malikdir.

K.Şindlər Azərbaycan tekstilinin regional səviyyədə artıq formalaşmış nüfuzuna baxmayaraq bu sahəni əhəmiyyətli dünya oyunçuları sırasına çıxara biləcək potensiala malik olduğunu deyib.

“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə araşdırıb.

“Beynəlxalq ticarət bazarına çıxmaq çox vacibdir”

“Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva söyləyib ki, Azərbaycan qlobal bazara çıxır: “Amma hazırda Azərbaycanın qlobal bazara çıxdığı pay çox az olduğuna görə, bu cür federasiyaların Azərbaycana gəlməsi və logistikanın qurulması bizim üçün çox faydalıdır. Çünki dünya bazar payçıları arasında biz çox cüzi bir yer tuturuq və istehsal məhsulumuz da o qədər çox deyil. Lakin gələcəkdə qiymət baxımından biz önə çıxa bilərik. Beynəlxalq ticarət bazarına çıxmaq bizim üçün çox vacibdir və buna da böyük imkanlar, potensiallar var”.

“Regionun ən çox məhsul istehsalçısına çevrilə bilərik”

O əlavə edib ki, öz yolunu tutmuş, dünyaya çox məhsul istehsal edən və ixrac edən federasiyalar Azərbaycana dəvət olunur: “Biz bu seminarda olduq. Qlobal bazara çıxıb nüfuz itirməkdənsə, öncə alt yapını düzgün qurub qlobal bazara çıxmaq lazımdır. Sertifikatların düz olması, istehsal sahəsinin geniş imkanları bizə fürsətlərdən yaralanmağa zamanında imkan yaradır. Gəlin, bunları bərabərləşdirərək ümumi iqtisadi gücə çevirək. Bir çox sahələrdə həm kommunikasiyanın inkişaf etdirilməsi, digər tərəfdən kadr potensialının güclənməsi bizim üçün çox böyük yatırımlar gətirə bilər. Keyfiyyətli məhsul, keyfiyyətli iqtisadiyyat bizi gözləyir. Düşünürəm ki, biz yaxın illərdə tekstil üzrə regionun ən çox məhsul istehsalçısına çevrilə bilərik. Çünki günü-gündən bizim məhsul, pambıq istehsalımız və innovativ yanaşma genişlənir. Yəni biz buna qadirik və bunu etməliyik”.

“Ölkəyə müasir texnologiyalar gəlməlidir”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda tekstil sənayesinin ənənələri olduğunu deyərək əlavə edib ki, sovetlər dönəmində Bakıda, Sumqayıtda, Gəncədə tekstil fabrikləri fəaliyyət göstərib: “Amma həmin fabriklərin texnologiyası artıq köhnəlib və keçid dövründə o fabriklərin işləməsi, inkişaf etməsi təmin edilə bilmədi. Lakin hazırda Azərbaycanın həmin potensialı qalmaqdadır. Tekstil sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycanda potensial var. Azərbaycanda təbii xammal ehtiyatları kifayət qədərdir. Ölkədə pambıq, ipək istehsal olunur, fermerlərimiz baramaçılıqla məşğuldurlar. Eyni zamanda, yun, dəri istehsalı kifayət qədərdir. Yəni bunlar hamısı tekstil sənayesinin inkişafı üçün potensialdır. Ancaq bu potensialı reallaşdırmaqdan ötrü ölkəyə müasir texnologiyalar gəlməlidir və bu müasir texnologiyaları ölkədə tətbiq etmək lazımdır”.

“Hökumət bu istiqamətdə tədbirlər görüb”

A.Nəsirli Azərbaycanda Orta Dəhlizin inkişaf etdirilməsindən söhbət getdiyini vurğulayaraq əlavə edib ki, ölkədə şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri fəaliyyət göstərir: “Bu nəqliyyat dəhlizləri də həmin məhsulların ixrac potensialını reallaşdırmaq üçün münbit şərait yaradır. Hazırda Azərbaycanda tekstil məhsulları dünyada brendləşməsə də artıq ixracatımız var. MDB ölkələrinə, Türkiyəyə və digər ölkələrə az da olsa tekstil məhsullarının ixracatı var və ölkədə hökumətin də bu sahəyə dəstək vermək meyilləri güclüdür. Çünki pambıq ölkədə strateji məhsul elan edilib. Hələ də bu, qüvvədədir. İpəkçiliyin, baramaçılığın inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Bu sahə də inkişaf etdirilir. Yəni hökumət xammal bazasını möhkəmləndirmək istiqamətində tədbirlər görüb. Əgər bu sahəni inkişaf etdirmək istəyən sahibkarlar sinfi ortaya çıxacaqsa, hökumət yəqin ki, onlara da dəstək verəcək”.

“Yerli brendlər yeni-yeni formalaşır”

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, ölkədə tekstilin inkişafı ilə bağlı vəziyyət demək olar ki, yox səviyyəsindədir: “Hansısa sex səviyyəsində Bakıda, Mingəçevirdə bir neçə istehsalçı ola bilər, amma hazırda bu sahənin nə ixrac əhəmiyyəti var, nə də bu sahə ciddi surətdə idxalçılarla mübarizə apara bilir. Çox təəssüf ki, yerli brendlər hələ yeni-yeni formalaşır. Düşünürəm ki, onlar kiçikhəcmli məhsul buraxılışlarına malikdirlər. Çin, Türkiyə, Avropanın məşhur brendləri hazırda bazarda at oynadır. Çin ucuz məhsullar istehsal edir, Avropa, İtaliya, İspaniya, Fransa isə yüksək qiymətlər hissəsində heç bir rəqib tanımırlar”.

“Yerli sənayeni inkişaf etdirmək imkanlarımız var”

X.Kərimli bildirib ki, hətta bizim paltar sənayesindəki qiymətlər kifayət qədər bahadır: “Ucuz qiymətlər deyil. Deyək ki, bazar ucuzdur, insanların bu istiqamətdə alıcılıq qabiliyyəti yoxdur. Belə deyil. Çünki bizim geyim bazarında qiymətlər Avropa ilə müqayisədə həddindən artıq bahadır. Amma təəssüf ki, inkişafı yox səviyyəsindədir. İnkişaf etdirməyə potensial varmı? Pambıq yığıb mahlıc, ilkin xammal formasında xaricə satırıq. Özümüzün də yerli sənayeni inkişaf etdirmək imkanlarımız var. Bu, məşğulluğun təmini, işsizliyin azadılması istiqamətində iqtisadiyyata töhfə də verə bilər. Lakin hələlik təəssüf ki, bu istiqamətdə uğurumuz yoxdur. Ona görə yox ki, azərbaycanlılar bacarıqsızdır, savadsızdır, xeyr. Sadəcə dediyim kimi, Çin, Türkiyə ilə rəqabət apara bilmirik. Bazar da belədir ki, insanları məcbur edə bilməzsiniz nə alsın. Yəni bu, məcburi deyil, insan seçə bilir, gətirə bilir. Onlayn ticarət, ümumiyyətlə, bu sahədə rəqabəti ciddi surətdə dəyişib. Heç idxalçılar fərdi gətirənlərlə rəqabət apara bilmirlər. Çox ciddi rəqabətli bazardır. Rəqabətdə də uduzduğumuza görə bu sahədə hansısa bir şeylər edə bilmirik”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri