Icma.az
close
up
RU
MEK “Konstitusiya və Suverenlik İli”adlı virtual sərgini təqdim edir

MEK “Konstitusiya və Suverenlik İli”adlı virtual sərgini təqdim edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Konstitusiya və Suverenlik İli” adlı virtual sərgi (https://heyzine.com/flip-book/1fd25a3c8d.html) hazırlanıb.

Sərgidə Müstəqil Azərbaycan dövlətinin qurucusu, fenomenal siyasətçi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasındakı tarixi rolu, gərgin əməyi, zəhməti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması haqqında dəyərli fikirləri, fotolar və digər tarixi sənəd və məlumatlar öz əksini tapıb.

Sərgidə konstitusiya hüququ, dövlət və hüquq tarixi, nəzəriyyəsi, hüquqi problemlərin təhlil və  tədqiqi, Konstitusiyanın hüquqi institut kimi öyrənilməsi, cəmiyyətdə hüquqi şüurun formalaşması, hüquqi dövlət anlayışının genezisi, inkişaf tarixi və s. əks olunduğu azərbaycan, rus və başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti, biblioqrafik göstərici, konfrans materialları, bədii və elmi əsərlər, monaqrafiyalar təqdim olunub. 

Nəşrlər sırasında “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Heydər Əliyev və Qafqazda sülh prosesi”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir”, “Azərbaycan Respublikasında parlamentarizm ənənələri və müasirlik”, “AR Cinayət-Prosseual Məcəlləsi”, “Azərbaycanca-rusca-ingiliscə hüquq lüğəti”, “Müasir dövrdə hüquqi şüurun formalaşması:sosial-psixoloji təhlil”, “Hüquqi dövlət və konstitusiya”, “Əmək hüququ”, “Azərbaycan və hüquqi islahatlar”, “Azərbaycan Respublikası Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan-Yunesko:insan hüquqlarına əsaslanan tərəfdaşlıq”, “Восстановление территориальной целостности и суверенитета Азербайджана: правовые аспекты” (“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası:hüquqi aspektlər”),  “Дипломатия под грохот снарядов:Первая дипломатическая миссия Азербайджанской Республики” (“Topların gurultusu altında diplomatiya:Azərbaycan Respublikasının ilk diplomatik missiyası”), “Cinayət hüququ. Ümumi və Xüsusi hissələr”, “Azərbaycanda qadın hüquqları və azadlıqları (beynəlxalq və hüquqi təhlil)”, “Kitabxana işinə dair rəsmi sənədlər (Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu)”, “Hüquq ensiklopediyası”, “Avropa İnsan Hüquqları Məhkəməsi. 8, 10, 11-ci maddələrlə bağlı seçilmiş qərarlar”, “İstiqlal və suverenlik”, “İnsan hüquqlarının müdafiəsi bioetikanın tərkib hissəsi kimi”, “Mülki məcəllə” və başqaları yer alıb.

Həmçinin sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində AMEA-nın qarşısında duran vəzifələr haqqında AMEA-nın Rəyasət Heyətinin iclasında söylədiyi nitqi, Mərkəzi Elmi Kitabxananın direktoru, texnika üzrə elmlər doktoru Hüseyn Hüseynovun “Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur” adlı məqaləsi də oxucuların istifadəsinə verilib. 

MEK-də ənənəvi formada da təşkil edilən sərgi il boyu mütəmadi yenilənərək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri