Məkkə paktı ölkələri Almaniyada görüşəcək Hakan Fidan
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan noyabr ayında birgə müdafiə əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni görüş keçirməyi planlaşdırırlar.
Gununesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əş-Şeybani ilə danışıqların yekunlarına dair açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Məkkə paktına üzv ölkələrin nümayəndələrinin görüşünün Almaniyada keçirilməsi nəzərdə tutulur.
Görüşdə sazişin institusionallaşdırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Fidan həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən ibarət R4 qrupunun Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın daxil olduğu E4 formatı ilə görüşünün planlaşdırıldığını açıqlayıb.
“Bir neçə həftə əvvəl İstanbulda görüşdük və gördük ki, Yaxın Şərq və Avropa regional və qlobal problemlərə demək olar ki, eyni yanaşır”, – Fidan deyib.
O bildirib ki, tərəflər Rusiya–Ukrayna müharibəsinin və İran–ABŞ qarşıdurmasının dayandırılmasını, Fələstin–İsrail probleminin iki dövlət prinsipi əsasında həllini və Qəzzaya humanitar yardımın çatdırılmasını vacib hesab edirlər.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, Məkkə sazişi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Oktyabrın 5-də isə iştirakçı ölkələrin birgə müdafiə öhdəliklərinin praktiki icrasına keçmək barədə qərar qəbul etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Noyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















