Icma.az
close
up
RU
Məkkə Sazişi gələcəkdə genişlənə bilər Ekspertdən PROQNOZ

Məkkə Sazişi gələcəkdə genişlənə bilər Ekspertdən PROQNOZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Məkkə Sazişi ilə bağlı “birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir” ifadəsi, məncə, sazişin hərbi aspektindən çox-çox kənara çıxan strateji məna daşıyır. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ortaya qoyduğu bu iradə, dəyişən dünya düzənində region ölkələrinin öz təhlükəsizliklərini yalnız qlobal güclərin siyasətinə və təhlükəsizlik zəmanətlərinə həvalə etmək istəmədiklərinin də mühüm göstəricisidir".

Bu fikirləri Redaktor.az-a Beynəlxalq Siyasət üzrə ekspert İsmail Cingöz səsləndirdi.

O qeyd etdi ki, beynəlxalq sistem artıq sürətlə çoxqütblü struktura doğru inkişaf edir:

"ABŞ mərkəzli təhlükəsizlik arxitekturasının müzakirə olunduğu, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Yaxın Şərqdə münaqişə və qeyri-sabitliklərin yaşandığı bir dövrdə dövlətlər yeni təhlükəsizlik mexanizmləri formalaşdırırlar. Məkkə Sazişini də bu qlobal transformasiyadan ayrı qiymətləndirmək olmaz. Türkiyənin güclü və təcrübəli hərbi potensialı ilə son illərdə mühüm irəliləyiş əldə edən müdafiə sənayesi, Səudiyyə Ərəbistanının iqtisadi və enerji gücü, Pakistanın hərbi potensialı və nüvə çəkindirmə imkanları birlikdə nəzərə alındıqda, kifayət qədər diqqətçəkən strateji güc kombinasiyası ortaya çıxır. Bu səbəbdən saziş düzgün və davamlı mexanizmlərlə dəstəklənəcəyi təqdirdə, yalnız üç ölkənin təhlükəsizliyi baxımından deyil, İslam dünyasının gələcəkdə öz təhlükəsizlik arxitekturasını formalaşdıra bilməsi baxımından da mühüm başlanğıc ola bilər".

Ekspert vurğuladı ki, Məkkə Sazişini hər hansı ölkəyə və ya regional aktora qarşı yaradılmış təcavüzkar ittifaq kimi qiymətləndirmək düzgün deyil:

"Ərdoğanın açıqlamalarında ən mühüm məqamlardan biri də məhz budur. Əsas məqsəd yeni cəbhələr yaratmaq deyil, güclü çəkindirmə mexanizmi formalaşdırmaqla münaqişələrin qarşısını almaq, regional sülh və sabitliyin region ölkələri tərəfindən qoruna biləcəyini göstərməkdir. Sazişin digər qardaş ölkələrin də qoşulmasına açıq olduğunun elan edilməsi isə gələcəyə yönəlmiş mühüm strateji mesajdır. Məncə, bu ifadə üçtərəfli strukturun zamanla daha geniş regional təhlükəsizlik və həmrəylik mexanizminə çevrilə bilməsi ehtimalını ortaya qoyur. Bu məqamda Azərbaycan xüsusi əhəmiyyət daşıyır. Türkiyə ilə “iki dövlət, bir millət” anlayışına və Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərinə malik Azərbaycanın regional təhlükəsizlik arxitekturasındakı mövqeyi nəzərdən qaçırıla bilməz. Qarşıdakı dövrdə Məkkə Sazişinin genişləndirilməsi gündəmə gəldikdə Azərbaycanın bu yeni təhlükəsizlik strukturuna münasibəti də təbii olaraq diqqət yetiriləcək məsələlərdən biri olacaq.

Nəticə etibarilə, Məkkə Sazişini yalnız üç dövlət arasında imzalanmış klassik müdafiə sazişi kimi deyil, dəyişən beynəlxalq sistem çərçivəsində “öz təhlükəsizliyimizi birlikdə təmin edə bilərik” iradəsinin institusionallaşmağa başlaması kimi qiymətləndirmək lazımdır. Prezident Ərdoğanın “birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir” sözü də məhz bu yeni həmrəylik və kollektiv çəkindirmə anlayışını ifadə edir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri