Icma.az
close
up
RU
“Məkkə Sazişi” genişlənə bilər: Bu ölkələrin adı çəkilir AÇIQLAMA

“Məkkə Sazişi” genişlənə bilər: Bu ölkələrin adı çəkilir AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında avqustun 7-də imzalanan "Məkkə Müdafiə Sazişi" Orta Şərq və İslam dünyasının təhlükəsizlik mühitində yeni siyasi reallığın formalaşdığını göstərən mühüm hadisədir. Sazişə əsasən tərəflərdən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir. Sənəd eyni zamanda siyasi və hərbi koordinasiyanın gücləndirilməsini, birgə təlimləri, müdafiə sənayesində əməkdaşlığı və yeni texnologiyaların inkişafını nəzərdə tutur".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Aytən Qurbanova Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğdanın digər ölkələrin də bu əməkdaşlıq formatına qoşulmasına açıq olduqlarını qeyd etməsindən danışarkən bildirdi.

Həmsöhbətimiz vurğuladı ki, Türkiyə bu mexanizmin mövcud ittifaqları əvəz etmədiyini və digər ölkələrin də prosesə qoşulmasına açıq olduğunu bəyan edib:

""Məkkə Sazişi"nin əsas əhəmiyyəti onun yalnız üç dövlət arasında hərbi əməkdaşlıq yaratmasında deyil, regional təhlükəsizliyin məsuliyyətinin tədricən region dövlətlərinin öz üzərinə keçməsi istiqamətində siyasi iradə nümayiş etdirməsindədir. Son illərdə Orta Şərqdə baş verən proseslər göstərib ki, xarici güclərin təhlükəsizlik təminatlarına tam arxalanmaq artıq region ölkələri üçün əvvəlki qədər etibarlı model hesab edilmir. İranla gərginliyin artması, Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatı hücumları, Qırmızı dənizdə təhlükəsizlik problemləri və enerji-nəqliyyat infrastrukturlarının həssaslığı regional aktorları kollektiv müdafiə mexanizmləri axtarmağa vadar edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, "Məkkə Sazişi" həm çəkindirmə, həm də strateji muxtariyyət mesajıdır".

Siyasi şərhçinin fikrincə, bu formatın genişlənməsi məsələsində ən real namizəd, şübhəsiz Misirdir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Misirin sazişə qoşula biləcəyini açıq şəkildə ifadə edib. Misirin hərbi potensialı, ərəb dünyasındakı siyasi çəkisi, Süveyş kanalına nəzarəti və Qırmızı dəniz təhlükəsizliyindəki rolu onu belə bir təhlükəsizlik mexanizmi üçün strateji əhəmiyyətli tərəfdaşa çevirir. Lakin Qahirənin mümkün üzvlüyü avtomatik proses kimi qiymətləndirilməməlidir. Misirin regional münaqişələrə yanaşması, müxtəlif güc mərkəzləri ilə münasibətləri və hərbi öhdəliklərə ehtiyatlı münasibəti bu qərarı mürəkkəbləşdirə bilər. Belə ki, son məlumatlarda Misirin sazişə daxil edilməsi məsələsində Səudiyyə Ərəbistanının ehtiyatlı mövqedə olduğu bildirilir".

Müsahibimiz qeyd etdi ki, bundan sonrakı mərhələdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya ilə daha sıx təhlükəsizlik əməkdaşlığının formalaşması mümkündür:

"Bu ölkələrin hər birinin regional təhlükəsizlik sistemində fərqli, lakin tamamlayıcı imkanları var. Qətər maliyyə resursları və diplomatik vasitəçilik imkanları, BƏƏ hərbi-texnoloji və maliyyə potensialı, İordaniya isə strateji coğrafi mövqeyi və təhlükəsizlik sahəsində təcrübəsi ilə bu mexanizmi gücləndirə bilər. Lakin həmin ölkələrin ABŞ və digər Qərb dövlətləri ilə mövcud təhlükəsizlik münasibətləri onların dərhal kollektiv müdafiə ittifaqına daxil olmasını məhdudlaşdıra bilər. Ona görə də, daha real ssenari tam üzvlükdən əvvəl kəşfiyyat mübadiləsi, birgə hərbi təlimlər, hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsidir. "Məkkə Sazişi"nin gələcəyi isə onun üzvlərinin sayından daha çox, institusional və praktiki imkanlarından asılı olacaq. Hazırda sazişin siyasi çəkisi yüksək olsa da, kollektiv müdafiə öhdəliyinin real böhran zamanı hansı mexanizmlə həyata keçiriləcəyi tam aydın deyil. Hər üç ölkənin də təhlükəsizlik prioritetlərinin eyni olmadığı məlumdur. Pakistan üçün əsas təhlükəsizlik gündəmi Cənubi Asiya, Türkiyə üçün Orta Şərq və ətraf regionlar, Səudiyyə Ərəbistanı üçün isə İran, Yəmən və Körfəz təhlükəsizliyi ilə sıx bağlıdır. Bu fərqlər ittifaqın vahid hərbi strategiyaya çevrilməsini çətinləşdirə bilər. Ona görə də, Məkkə formatının ən perspektivli inkişaf modeli genişmiqyaslı “İslam NATO-su” yaratmaqdan daha çox mərhələli regional təhlükəsizlik platforması formalaşdırmaqdır. İlk mərhələdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi koordinasiya, kəşfiyyat mübadiləsi, hava və raketdən müdafiə, pilotsuz sistemlər, kibertəhlükəsizlik və müdafiə sənayesi üzrə konkret mexanizmlər yaradılmalıdır. Növbəti mərhələdə Misir, Qətər, BƏƏ və İordaniya kimi ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlıq genişləndirilə bilər. Belə yanaşma həm sazişin coğrafi təsirini artırar, həm də müxtəlif dövlətlərin fərqli xarici siyasət prioritetlərini nəzərə almağa imkan verər".

Aytən Qurbanovanın sözlərinə görə, "Məkkə Müdafiə Sazişi" klassik hərbi blokdan daha geniş siyasi məna daşıyır:

"Onun əsas mesajı region dövlətlərinin öz təhlükəsizliklərinə daha çox məsuliyyət götürmək və mümkün təhdidlər qarşısında koordinasiyalı davranmaq istəyidir. Sazişin genişlənməsi isə yalnız ortaq dini və siyasi kimlik üzərindən deyil, real təhlükəsizlik maraqları, hərbi imkanlar və qarşılıqlı öhdəliklərin uyğunluğu əsasında həyata keçirilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Misir ən məntiqli növbəti namizəd, Qətər, BƏƏ və İordaniya isə potensial regional tərəfdaşlar kimi qiymətləndirilə bilər. Əgər "Məkkə Sazişi" emosional və simvolik siyasi bəyanatdan çıxaraq real hərbi və institusional mexanizmlər yarada bilsə, Orta Şərqdə təhlükəsizlik balansının formalaşmasında uzunmüddətli və strateji əhəmiyyətli aktora çevrilə bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Avqust 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri