Icma.az
close
up
RU
Məkrli plan: Azərbaycan qarşı “məhbus” kartı

Məkrli plan: Azərbaycan qarşı “məhbus” kartı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun həbsdə olan müxalifət nümayəndələrini əfv edərək azadlığa buraxmasından sonra təxribatçı bəyanatla çıxış edib. 

Belarus rəhbərliyinin ABŞ Prezidenti Donald Trampın xahişi ilə 123 məhbusu azad etməsindən Azərbaycana qarşı düşmənçilik məqsədilə istifadə etməyə çalışıb. 

Qeyd edək ki, Ermənistan Respuiblika Partiyasının sədri, sabiq prezident Serj Sarkisyandır. Armen Aşotyan ABŞ Prezidentinin xahişi ilə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş, kütləvi qətllər və digər ağır müharibə cinayətləri törətdiyinə görə Bakıda məhkəmə prosesi keçirilən erməni əsilli hərbi cinayətkarların azadlığa buraxılacağına inandığını bildirib. 

Serj Sarkisyanın müavini hərbi cinayətkarları “məhbus” adlandırıb:

“Donald Trampın xahişi ilə Belarus Prezidenti siyasi məhbusları, o cümlədən uzunmüddətli həbs cəzasına məhkum edilmiş 123 nəfəri azadlığa buraxıb. Bu, bizi iki nəticəyə gətirib çıxarır.  Birincisi, ABŞ Prezidentinə Bakı həbsxanalarından soydaşlarımızın azad edilməsi üçün aydın, məqsədyönlü və mərhəmətli xahiş təqdim edilsəydi uğur qazanmaq ehtimalı yüksək olardı.

İkincisi, əgər siyasi “məhbus”larımızın azad edilməsi məsələsi həm Ermənistan daxilində, həm də erməni-amerikan icması və digər diasporlar tərəfindən ABŞ Prezidentinə müraciət səviyyəsinə qaldırılarsa, onda bəzi, natamam olsa da, nəticələr əldə etmək ehtimalı yüksəkdir.

Armen Aşotyan ABŞ Prezidentinə müraciətin qəbul olunması üçün 30 min nəfərlik mitinqin keçirilməsini təklif edib. Revanşist müxalifətin nümayəndəsi olan Aşotyan göründüyü kimi, Azərbaycan xalqına qarşı müharibə cinayətləri, mülki əhaliyə qarşı soyqırım, etnik təmizləmə, qanunsuz silah gəzdirmə, terrorçuluq, dövlətin ərazi bütövlüyünə və suverenliynə qəsd kimi ən ağır cinayətlər törətmiş şəxsləri bu əməllərin heç birinə yol verməmiş insanlarla eyniləşdirir.

Hətta Belarusda əfv edilən məhbuslardan biri Nobel Sülh mükafatı laureatı olduğu halda, Armen Aşotyanın lideri Serj Sarkisyan Azərbaycan ərazilərinin işğalı zamanı yol verdiyi cinayətlərə, eləcə də Xocalıda dinc əhaliyə, o cümlədən uşaqların, qadınların, qocaların qətlini təşkil etdiyinə görə hazırda axtarışdadır.

Bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan Bako Saakyan, Arkadi Qukasyan, Arayik Harutyunyan, Levon Mnatsakanyan, Rəşid Beqlaryan, David İşxanyan, David Babayan kimi təhlükəli terrorçuların hamısı Serj Sarkisyanın əmri ilə Azərbaycana qarşı müharibəyə cəlb edilərək qətliyamlar törədib. 

Belə canilərin və separatçıların yenidən azadlığa buraxılması regionda növbəti münaqişəyə gətirib çıxara bilər. ABŞ Prezidenti Donald Tramp isə Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa çalışır. Ona görə də Armen Aşotyan kimi şovinstlərin müraciəti ilə Prezident Trampın Bakıdakı hərbi cinayətkarların sərbəst buraxılmasına çağırış edəcəyi inandırıcı görünmür.

Millət vəkili Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Donald Trampın müraciəti əsasında Prezident Aleksandr Lukaşenkonun azadlıqdan məhrum edilmiş 123 nəfəri əfv etməsi “məhbus” termini ilə əlaqələndirilə bilən və həmin şəxslərin Belarus Respublikasının Konstitusiyasında əfv edilməsi mümkün olanlar kateqoriyasına daxil edilməsi ilə bağlıdır:

“Hüquqi-humanitar nöqteyi nəzərdən şərh etdikdə, bütün ölkələrin, o cümlədən Azərbaycanın qanunvericiliyində cəzalandırılmış məhbusların əfv olunması məsələsi öz əksini tapıb. Ona görə də hüquqda xüsusi terminlərdən istifadə olunur və onların izahatı verilir.

Armen Aşotyanın açıqlaması isə onun hüquqi baxımdan savadsızlığını göstərir. Yəni hərbi cinayətkarlar, terrorçular, separatçılar heç bir ölkənin nə milli qanunvericiliyində, nə də beynəlxalq qanunvericilikdə əfv edilən cinayətkarlar sırasına daxil deyil. Ona görə də Armen Aşotyanın bu fikri absurddur və hüquqi baxımdan, heç bir şəkildə izah edilə bilməz”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Armen Aşotyan Aleksandr Lukaşenko Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri