Icma.az
close
up
RU
Rusiyanın Azərbaycana qarşı məkrli planları

Rusiyanın Azərbaycana qarşı məkrli planları

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiyanın Azərbaycana qarşı dost olmayan münasibəti nəzərə alınmaqla, onunla ölkəmiz arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında “Bəyannamə”-nin ratifikasiya edilb-edilməməsi haqqında bir daha düşünmək lazımdır
Son zamanlar Rusiya Federasiyası miqrantlara qarşı siyasətini sərtləşdirmək istiqamətində ardıcıl qərarlar qəbul etmək yolunu tutub. Miqrantların təqv buim ili ərzində Rusiyada qalma müddətinin 180 gündən 90 günə endirlməsində sonra bu ölkəyə daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profilin yaradılmasına qərar verilib. Bu məqsədlə iyun ayının 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər. Bu dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, onların ailə üzvülərinə, beynəlxalq təşkilatların əməkdaşlarına aid edilməyəcək. Təbiidir ki, bu Rusiyanın daxili işidir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, bu siyahıda Rusiyanın strateji müttəfiq adlandırdığı Azərbaycan vətəndaşlarının adlarına rast gəlinmir və bu strateji müttəfiqlik anlayışına heç cür uyğun gəlmir. Rusiyanın ölkəmizə qarşı dost olmayan bu münasibəti, xüsusilə AZAL-a məxsus mülki təyyarənin cinayətkarcasına vurulması, zədələnmiş təyyarənin Rusiyanın yaxın hava limanlarına enməsinə icazə verilməməsi, sərnişinləri bilərəkdən ölümə sövq etmələri, baş vermiş bu cinayətdən müxtəlif uydurmalarla yayınmaq cəhdləri, bu dövlətin ölkəmizə qarşı saymazlığının, əsrlərdir davam edən düşmənçilik siyasətinin davamıdır. Rusiyanın ölkəmizə qarşı sərgilədiyi davranış yəqin ki, cavabsız qalmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyaya unvanladığı sərt münasibət buna sübutdur.
Məlumdur ki 2022-ci ilin fevral ayının 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb, ancaq indiyəcən o, nə Rusiyada, nə də Azərbaycanda ratifikasiya edilməyib. Hesab edirəm ki, müasir geosiyasi şəraitdə onun ratifikasiya edilməsi daha çox Rusiyanın mənafelərinə uyğundur. Ona görə də, bu “Bəyannamə”-nin ratifikasiya edilb-edilməməsi haqqında bir daha düşünmək lazımdır. Nəzərdən qaçırmaq olmaz ki, Rusiya bütün varlığı müddətində heç vaxt Azərbaycana dost münasibəti bəsləməyib və biz yaxın tariximizdə, Qarabağ münaqişəsi müddətində, bir daha bunun şahidi olmuşuq. Ona görə də, Rusiyaya münasibətdə bir atalar sözünü heç vaxt yaddan çıxarmamalıyıq: “İtlə dost ol, amma çomağı yaddan çıxarma!”
Teyyub Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri