Icma.az
close
up
RU
Meksika parlamentinin nümayəndə heyətinə Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilib AZƏRTAC

Meksika parlamentinin nümayəndə heyətinə Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Milli Məclisin deputatı, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Meksika parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətində Meksika parlamentinin deputatları - MORENA Partiyasından Rosio Adriana Abreu Artinyano, Milli Hərəkət Partiyasından (PAN) Fidel Daniel Çimal Qarsiya, Əmək Partiyasından (PT) Mariya İsidra de la Luz Rivas, İnstitusional İnqilab Partiyasından (PRI) Erubiel Lorenso Alonso Ke, Meksika Yaşıl Ekologiya Partiyasından (PVEM) Xesus Martin Kuanalo Arauxo təmsil olunublar.

Jalə Əliyeva məsafə etibarilə uzaq olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıb. O, cari ildə ölkəmizdə baş tutan seçkilər barədə qonaqlara məlumat verib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyindən bəhs edib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi, Meksika parlamentində Xocalı soyqırımının tanınmasını yüksək dəyərləndirib.

Deputat ötən il Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini, keçirilən görüşləri xatırlayaraq, qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

Azərbaycanla Meksika arasında dostluq əlaqəlindən bəhs edən Jalə Əliyeva Meksika nümayəndə heyətinin Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransında iştirakını yüksək dəyərləndirib. Tədbirin iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində, o cümlədən ətraf mühitin mühafizəsi, bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsinin təşviqi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Milli Məclisin deputatları Elşən Musayev və Kamran Bayramov iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolu, habelə dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişafı barədə söhbət açıblar.

Görüşdə çıxış edən Meksika nümayəndə heyətinin üzvləri belə görüşlərin ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, dostluq qruplarının əməkdaşlığı, qanunvericiliklə bağlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüblər. Qonaqlar dünya miqyasında böyük əhəmiyyətə malik COP29 konfransının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar, konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd ediblər.

Söhbət zamanı Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabayero, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin inkişafı, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar barədə fikirlərini açıqlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri