Meksika Prezidenti ABŞ ın pomidor idxalına tətbiq etdiyi rüsumu ədalətsiz adlandırıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 iyul, AZƏRTAC
Vaşinqtonun Meksikadan idxal olunan pomidorlara tətbiq etməyi planlaşdırdığı 17,09 faizlik rüsum ədalətsizdir.
AZƏRTAC xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum bu barədə jurnalistlərlə görüşündə deyib.
Prezidentin sözlərinə görə, Meksika pomidorlarına alternativ yoxdur və idxal rüsumun tətbiqindən asılı olmayaraq davam edəcək. O, həmçinin daxili bazarın gücləndirilməsi istiqamətində tədbirlərin görüləcəyini və Vaşinqtonla əlavə danışıqlar aparılacağını qeyd edib.
Prezident görüləcək tədbirlərin Meksika hökuməti tərəfindən genişmiqyaslı proqram çərçivəsində hazırlandığını və pomidor istehsalçıları üçün müxtəlif dəstək variantlarının təqdim olunacağını vurğulayıb. Klaudiya Şeynbaum, eyni zamanda, ABŞ-ın tətbiq etdiyi rüsumlara qarşı mübarizənin də davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi iyulun 14-dən etibarən Meksikadan idxal olunacaq pomidorlara rüsum tətbiq edəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















