Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mexiko, 13 oktyabr, AZƏRTAC
Meksikanın “Así Lo Dice México” (“Meksika belə deyir”) qəzetində bu ölkənin Konqresinin San-Lasaro Qanunvericilik Sarayında azərbaycanlı rəssam Mehriban Alışovanın yaradıcılığına həsr olunmuş sərgidən bəhs edən məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə sərginin Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dulçe Mariya Korina Vilyeqas Qvernerosun təşəbbüsü, Mədəniyyət və Kinematoqrafiya Komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev çıxışında deputatın parlamentlərarası dostluq qrupunun fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan səfirliyi ilə Meksikanın qanunverici orqanı arasında sıx əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.
Səfir incəsənətin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə siyahısına daxil edilmiş 24 irs elementinə malik olduğunu diqqətə çatdıran diplomat iki ölkənin mədəniyyətləri arasında mövcud əlaqələrdən də bəhs edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Oktyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















