Icma.az
close
up
RU
Bəhreyn qəzetində ADA forumu haqqında məqalə dərc edilib

Bəhreyn qəzetində ADA forumu haqqında məqalə dərc edilib

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində “Yeni dünya nizamına doğru” sərlövhəli məqalə dərc edilib. SİA xəbər verir ki, Azərbaycan səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumundan bəhs edilib və bu tədbirin Azərbaycanın yeni qlobal düzənin formalaşmasında fəal iştirak edən subyekt kimi mövqeyini konseptual və simvolik şəkildə ortaya qoyduğu bildirilib.

Yazıda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda etdiyi çıxış yalnız region ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesaj idi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.

Məqalədə hazırda Azərbaycanın regional enerji və nəqliyyat mərkəzinə çevrildiyi, Ermənistanın bu imkanlardan kənarda qalaraq həm iqtisadi resurslardan, həm də geosiyasi təsirdən məhrum olduğu diqqətə çatdırılıb. Müəllif bildirib ki, sözügedən Forumda Prezident İlham Əliyevin çıxışı təkcə diplomatik bəyanat deyil, həm də postmünaqişə dövrü üçün strateji yol xəritəsidir. Azərbaycan öz üzərinə düşəni açıq şəkildə ifadə edir: sülh istəyi var, amma bu, güzəşt yox, hüquq və reallıq üzərində qurulmalıdır.

Sülh sazişinin imzalanması tarixi bir mərhələ ola bilər, lakin onun reallaşması üçün etimad quruculuğu, mərhələli iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi iradə vacibdir. Ermənistan bu çağırışlara cavab verərsə, Cənubi Qafqazda inteqrasiya olunmuş, dayanıqlı və proqnozlaşdırılan gələcək mümkündür.

Səfir Ş.Abdullayev məqaləsində 2023-cü ildə Azərbaycanın Avropa İttifaqına 8 milyard kubmetrdən çox qaz ixrac etdiyini, ölkəmizin infrastruktur layihələrinə milyardlarla sərmayə yatırdığını və bütün bunların Bakını enerji sabitliyinin təminatçısına çevirdiyini vurğulayıb. Müəllif məqaləsinin sonunda Azərbaycanın artıq proseslərin iştirakçısı yox, yeni dövrün memarlarından olduğunu və baş tutan forumun dəyişən qlobal reallığı düzgün ifadə etdiyini oxucuların diqqətinə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 03:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri