Icma.az
close
up
RU
Məktəb direktoru Facebook dakı paylaşımlarına görə cəzalandırılıb?

Məktəb direktoru Facebook dakı paylaşımlarına görə cəzalandırılıb?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Füzuli rayonu 33 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Hallacova sosial media hesabında məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarına, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarına görə cəzalandırıldığını bildirir.

Bizimyol.info xəbər verir ki, Mədinə Hallacova vəzifəsindən azad edilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı əmrə əsasən, onunla müqaviləyə Əmək Məcəlləsinin 70ç maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib.

Əmrdə göstərilib ki, Mədinə Hallacova əmək müqaviləsi üzrə öhdəliklərini mütəmadi pozub. Məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığı aşkarlanıb.

Ötən ilin sentyabr və bu ilin mart aylarında direktor izahat verməyə çağırılsa da, imtina edib. Əmrdə yazıldığına görə, onun bu hərəkətləri aktlaşdırılıb. Daha sonra 19 mart 2026-cı ildə yazılı izahat verərək, gələcəkdə bir daha etik davranış qaydalarını pozmayacağını bildirsə də, buna əməl etməyib və mayın 6-da onunla əmək müqaviləsinə xitam verilib.

Mədinə Hallacova Bizimyol.info portalına bildirib ki, əmrdə onunla bağlı yazılanlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, qanunsuz göstərişlərə “baş əyməməsi” və problemləri sosial media hesabında ictimailəşdirməsi onun işdən çıxarılması ilə nəticələnib.

2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat aldığını deyən deyən Mədinə Hallacovanın sözlərinə görə, məktəbin şagirdləri keçmiş məcburi köçkün uşaqlarıdır. Çünki ərazidə yaşayanlar məcburi köçkün ailələridir: “Bu mənada, həssas qrupa daxil olan şəxslərdir. Onlar da mənim çıxarılmağımdan narazıdır. İşdən azad olunmağım haqda əmri oxuyanda mənə məlum olub ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Niyə sonradan çağırıb mənə bu barədə də məlumat verilməyib? əgər doğrudan da elə aktlar olubsa...”

Mədinə Hallacova deyir ki, o, bütün işlərini qayda-qanunlar çərçivəsində görüb. Onun sözlərinə görə, Füzuli rayon təhsil sektoru ilə aralarındakı problemlərdən biri rəhbərlik etdiyi məktəbə monitorinq məqsədilə gələn yoxlamanı buraxmaq istəməməsi olub: “Masamın üstündə Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi olub. Həmişə çalışmışam ki, bütün məsələləri qanun çərçivəsində həll edim. İşçilərimdən soruşsunlar, görsünlər ki, mənim haqqımda nə deyirlər. Yoxlama göndərirlər, mən də deyirəm ki, “əmri göstərin, sonra buyurun, keçin yoxlayın”. Bu da xoşlarına gəlmir. Mən işçimin sənədlərini qeyri-leqal formada içəri girən istənilən adamın qarşısına qoya bilmərəm. Niyə konfidensiallığı pozmalıyam? Əmr istəmişəm, olmayıb, içəri buraxmamışam. Bu iş prinsipi də xoşlarına getməyib. Məni hədələyiblər ki, müqavilən uzadılmayacaq”.

Keçmiş direktorun sözlərinə görə, 2024-cü il sentyabrın 27-də şəhidlərin anım günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayon təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Onun iş yerində olmadığını videogörüntülərlə sübut etmək istəyiblər: “Bu çəkilişə, bu şantaja görə mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş eləsin, şantaj eləsin. Onlar dedilər ki, bizim çəkilişə icazəmiz var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

Bu məsələ Elm və Təhsil naziri Emin Əmrullayevə qədər gedib çıxıb. Mədinə Hallacova nazirin qəbulunda olub. Görüş zamanı “102”yə şikayət məsələsi də müzakirə olunub: “O zaman da ona fərqli formada çatdırmışdılar şikayət etməyimi. Ona bu addımımın səbəbini izah etdim. Bunlar baş verənləri öz istədikləri kimi çatdırırlar. Bilmirəm, kənardan necə görünür, amma çox obyektiv, hətta tənqidə də açıq insandır Emin müəllim. Sadəcə, imkan vermirlər ki, məsələlərdən hərtərəfli xəbər tutsun”.

Mədinə Hallacova qeyd edir ki, rəhbərlik etdiyi məktəbdə yağış yağarkən ciddi problemlər yaşanırdı, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri Facebook hesabından paylaşaraq ictimailəşdirib. Onun sözlərinə görə, bu paylaşımlarından sonra işdən çıxarılmasını qətiləşdiriblər: “Mən ADA-da ixtisasartırma təhsili alıram. Orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayon təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Təsəvvür edin, mənə problem yaradılsın deyə, təhsil sektorunun müdiri məzuniyyət götürür və mənim elektron ərizəmə baxmır. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Çünki sabah mən ADA-da olmalıyam. Ertəsi gün mənə deyirlər ki, ərizəniz keçərsizdir. Akt tərtib edirlər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Mədinə Hallacova əlavə edib ki, baş verənlərlə əlaqədar Həmkarlar İttifaqına müraciət edib. Lakin onu qəbul etməyiblər. Daha sonra nazir Emin Əmrullayevin Qusarda görüşündə onun qəbuluna düşmək üçün şimal bölgəsinə yollanıb. Amma onunla görüşə bilməyib: “Biləndə ki, mən nazirin qəbuluna gedirəm, məhz həmin gün də yoxlama keçirib, yenidən akt tərtib ediblər”.

Qeyd edək ki, Mədinə Hallacovanın işdən çıxarılması barədə əmrdə yazılıb ki, o, “Facebook” hesabında ötən ilin sentyabrında, bu ilin mart və aprel aylarında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin fəaliyyəti barədə tənqidi fikirlər səsləndirib, narazılıqlarını geniş ictimaiyyətə açıq şəkildə çatdırıb. Bu isə əmrdə onun işdən çıxarılmasına əsas kimi göstərilib.

Bizimyol.info Mədinə Hallacovanın dediklərinə münasibət öyrənmək üçün onunla müqaviləyə xitam vermiş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Bu qurumdan isə tövsiyə olunub ki, Qarabağ Regional Təhsil İdarəsindən münasibət bildirilsin. Lakin adıçəkilən qurumdan fikir öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri