Icma.az
close
up
RU
Məktəb direktoru müəllimlə aralarındakı narazılığa görə təqsirləndirilən şəxs oldu, amma...

Məktəb direktoru müəllimlə aralarındakı narazılığa görə təqsirləndirilən şəxs oldu, amma...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova təqsirləndirilən şəxs qismində tanınıb. Buna səbəb isə məktəbin müəllimi Aynurə İmanovanın ondan məhkəməyə şikayəti olub.

Bizimyol.info xəbər verir ki, məktəbin tarix müəllimi Aynurə İmanova direktorun Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Onun iddiası icraata götürülüb və direktor Gülbəniz Cəfərova təqsirləndirilən şəxs qismində tanınıb.

Müəllim iddia edir ki, direktor onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayıb, ona qarşı qərəzli kampaniya aparıb. Aynurə İmanovanın sözlərinə görə, Beyləqan rayon Təhsil Şöbəsinə onda psixoloji problemlər olması ilə bağlı 2022-ci ildən ərizələr yazıb göndərib. Müəllim qeyd edib ki, direktorun onunla bağlı böhtan xarakterli fikirləri bir sıra saytlarda da yayılıb. O, əlavə edib ki, Gülbəniz Cəfərova onun psixoloji probleminin olması, iş qabiliyyətinin aşağı olması və bu səbəbdən uşaqları ona etibar edə bilməməsi kimi fikirlər işlətməklə, şərəf və ləyaqətimi alçaldıb, işgüzar nüfuzuna xələl gətirib, müəllim kimi gələcəyə olan inamının itirilməsinə, psixoloji iztirablar keçirməyinə səbəb olub. Müəllim məhkəmədə bildirib ki, direktorun bu ifadələrini mediada oxuyan insanların, o cümlədən şagirdlərinin yanında gözdən düşüb, barəsində mənfi fikirlər yayılıb: “Maralandım, saytlardan da dedilər ki, mənim haqqımda həmin ifadələri onlara direktor deyib”.

Təqsirləndirilən məktəb direktoru isə məhkəmədə ifadə verərkən ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Gülbəniz Cəfərova bildirib ki, Aynurə İmanova onun barəsində bir çox vaxtlarda kobud, təhqiramiz ifadələr işlədib, buna baxmayaraq, onu bağışlayıb. Direktorun sözlərinə görə, Aynurə İmanova dəfələrlə sinfində olan şagirdlərin, valideynlərin və müəllimlərin hərəkətlərindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. Hətta müxtəlif dövlət orqanlarına - icra hakimiyyətinə, kitabxanaya, muzeyə və s. yerlərə gedib, orada mübahisə yaradıb: “Məktəb rəhbəri olduğuma görə bununla əlaqədar mənə şikayətlər olunurdu. Yəni Aynurə İmanovanın barəsində şəxslər arasında fikrləri məhz onun özünün etdiyi hərəkətlər nəticəsində formalaşıb”.

Saytlarda yayılan məlumatlara gəlincə, direktor bildirib ki, müsahibə zamanı suala cavab olaraq, həm ona, həm də digər şəxslərə qarşı Aynurə İmanovanın etdiyi hərəkətlərin insanı səbrdən çıxardığını deyib: “Ola bilsin ki, bu səbəblə “onun psixoloji problem var” kimi sözlərindən istifadə etmişəm. Bu, söz ona böhtan atmaq məqsədilə deyilməyib. Sadəcə onun etdiyi hərəkətlərdən əsəbiləşərək, şəxsi fikrim kimi demişəm. Yəni Aynurə İmanovanın “dəli və ya psixoloji çatışmazlığı” olan insan kimi anlaşılması mənası ilə yox, insanı səbrdən çıxarıb əsəbiləşdirən mənasında işlədilib”.

Beyləqan Rayon Məhkəməsi araşdırmalardan sonra direktorun haqqında bəraət hökmü çıxarıb.

Müəllim Aynurə İmanova bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyilə baxılıb. Apellyasiya məhkəməsi də nəticəni dəyişməyərək, məktəb direktoru haqqında bəraət hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Gülbəniz Cəfərova bir müddət əvvəl də Aynurə İmanovaya görə 1000 manat cərimələnmişdi. Səbəb kimi isə dərs zamanı müəllimin məktəbdə yıxılaraq qolunun sınması barədə müvafiq qurumlara məlumat verməməsi göstərilmişdi.

Tarix müəllimi Aynurə İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb və nəticədə qolu sınıb. İddia olunur ki, müəllimin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması idi.

Məktəbin direktoru Gülbəniz Cəfərova hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat cərimələnib.

Direktor bu qərardan narazı qalaraq məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmamış, cərimə cəzası qüvvədə saxlanmışdı.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri