Qəzada ölən şəxs məktəb direktoru olub
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi,. bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində Əlidursun İsayev ölüb, xəsarət alan Vüsal Qənbəralıyev isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ölən Əlidursun İsayev İmişli rayon təhsil sektorunda metodist, Məzrəli kənd tam orta məktəbində məktəb direktoru olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















