Icma.az
close
up
RU
Məktəb direktoru onu verməyib, nə edə bilər ki? Ekspertdən ÇAĞIRIŞ

Məktəb direktoru onu verməyib, nə edə bilər ki? Ekspertdən ÇAĞIRIŞ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbəğində pul tələb olunub. Bir neçə gün öncə isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəsmi açıqlama yayaraq bildirib ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bununla bağlı Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı var:

"Həmin qərarda göstərilir ki, attestatların verilməsi zamanı hansısa ödəniş tələb edilə bilməz. Amma zaman-zaman eşidirik ki, bəzi məktəblərdə attestat üçün hədiyyə və ya birbaşa pul tələb edilir. Bu kimi hallar zamanı valideynlərdən və məzunlardan xahiş edirəm ki, özləri bu məsələnin danışığına getməsinlər. Bu attestat məzunun təhsil həyatını bitirməsi haqqında verilmiş dövlət sənədidir. O direktor onu verməyib, nə edə bilər ki? Burada əsas məsuliyyət valideynlərin və məzunların üzərinə düşür. Birmənalı şəkildə hər hansısa ödəniş yolverilməz və qanunsuzdur. Çox təəssüf olsun ki, valideynlər özləri bir çox hallarda buna təşəbbüskar olurlar".

Ekspert vurğuladı ki, attestatı məktəbin direktoru yox, dövlət verir.

"Tək-tək məktəblərdə belə hallar varsa, 146 qaynar xəttə və yaxud təhsil idarəsinə müraciət etmək lazımdır. Bizim məktəb sistemimizdə kifayət qədər şəffaf işləyən, işini doğru-düzgün aparan məktəb rəhbərlərimiz də az deyil. Onların haqqına girmək olmaz. Bir neçə məktəb direktoru belə qanunsuz hallara yol verirsə, bu, o demək deyil ki, bu, bütün məktəblərdə var. Qanunsuz hallara yol verən rəhbərlər haqda məlumat verilmədikcə, onlar ictimailəşmədikcə, onların sayı arta bilər. 264 nömrəli məktəbdə doğrudan da belə hal varsa, bununla bağlı açıq məlumat verilməlidir. Və məsələlər ictimailəşdirilməlidir. Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Regional Təhsil İdarəsi və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatlandırılmalıdır", - deyə E.Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri